Gənclər Fondunun qaliblərinin 12 nəfəri BNM-in müəllim və şagirdləri olub

Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun keçirdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində “Gənclər üçün İKT təlimləri” adlı növbəti layihənin yekununa həsr olunmuş tədbir keçirilib.

Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun keçirdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində "Gənclər üçün İKT təlimləri" adlı növbəti layihənin yekununa həsr olunmuş tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, rektor Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq layihə iştirakçılarını salamlamış və qeyd edib ki, 2016-cı ildə BANM-in tələbə və müəllimləri Gənclər Fondunun keçirdiyi müsabiqədə 12 qrant layihəsinin qalibi olub. Rektor bildirib ki, Ali Məktəbin Gənclər Fondu ilə əməkdaşlığı tələbələr üçün olduqca vacib və əhəmiyyətli məsələdir. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev bildirib ki, belə ali təhsil ocaqlarının ölkəmizdə yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqət və qayğısının nəticəsidir. Qeyd olunub ki, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlilinin "Gənclər üçün İKT təlimləri" layihəsi qrant müsabiqəsinin qaliblərindən olub. 2016-cı ilin dekabr ayında və 2017-ci ilin yanvar ayında Mübariz İbrahimov adına Biləsuvar məktəb lisey kompleksinin, Akademik Zərifə Əliyeva adına liseyin və Suraxanı rayonu 232 №-li orta məktəbin 8-9 sinif şagirdləri üçün sözügedən layihə çərçivəsində təlimlər keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31