Bakıda dərman qıtlığı yaranıb

Millət vəkili Fazil Mustafa paytaxt apteklərində dərman preparatlarının qıtlığının yaranmasının şahidi olub. Belə ki, deputat aptekə dərman almağa girib və orada satıcı xanımların fəryad qopardığının şahidi olub: “Deyirlər ki, “artıq iyirmi gündür ki, heç bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir.

Depolar apteklərə dərman vermirlər
 

Millət vəkili Fazil Mustafa paytaxt apteklərində dərman preparatlarının qıtlığının yaranmasının şahidi olub. Belə ki, deputat aptekə dərman almağa girib və orada satıcı xanımların fəryad qopardığının şahidi olub: "Deyirlər ki, "artıq iyirmi gündür ki, heç bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb. İş o həddə çatıb ki, əhali bizi təhqir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz. Adi "Цитрамон", "Корвалол", "Валериана", vitaminlər, heç nə yoxdur. Xahiş edirik bizə kömək edin." Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm. Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər." Fazil Mustafa qeyd edib ki, icbari tibbi sığorta olmadığından minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur: "Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təhcizatında ciddi dönüş yaradılmalıdır." Deputat insanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Paytaxt aptektlərində Rusiya və Avropa istehsalı olan dərman preparatalarının qıtlığı ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verib. Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova bildirib ki, ölkəyə gətirilən dərman preparatlarına Nazirlik cavabdeh deyil:"Ölkəyə dərmanları biznesmenlər gətirir. Ona görə də bu məsələyə İqtisadi İnkişaf Nazirliyi cavab verməlidir." İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə deyib ki, İqtisadiyyat Nazirliyi Azərbaycanda dərman qıtlığı ilə bağlı məsələni araşdırır. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ölkədə hər hansı dərman qıtlığı ilə bağlı məlumat daxil olmayıb: "Amma bununla belə, nazirlik bir sıra media orqanlarında ölkədə dərman çatışmazlığı ilə bağlı yayılan məlumatı araşdırmağa başlayıb.Yəni, görək bu nə qədər həqiqətə uyğun məsələdir. Araşdırmaların yekununa uyğun olaraq ictimaiyyətə məlumat veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31