Bəşər Əsəd: "Aİ və NATO terrorçuları dəstəkləyirlər"
Avropa İttifaqı (Aİ) və NATO terrorçuları dəstəkləməklə Suriyanın bərpasında iştirak edə bilməz. Bunu Suriya prezidenti Bəşər Əsəd Belçika mətbuatına müsahibəsində deyib. B.Əsəd qeyd edib ki, belə rol oynamaq, eyni zamanda Suriyanı dağıtmaq olmaz: "Aİ və NATO lap əvvəldən müxtəlif bəhanələrlə Suriyadakı terrorçuları - "Cəbhət ən-Nüsra" və İŞİD terror qruplaşmalarını dəstəkləyirlər. Onlar eyni vaxtda dağıda və bərpa edə bilməzlər.
7 Fevral 2017 14:19 DünyaAvropa İttifaqı (Aİ) və NATO terrorçuları dəstəkləməklə Suriyanın bərpasında iştirak edə bilməz. Bunu Suriya prezidenti Bəşər Əsəd Belçika mətbuatına müsahibəsində deyib. B.Əsəd qeyd edib ki, belə rol oynamaq, eyni zamanda Suriyanı dağıtmaq olmaz: "Aİ və NATO lap əvvəldən müxtəlif bəhanələrlə Suriyadakı terrorçuları - "Cəbhət ən-Nüsra" və İŞİD terror qruplaşmalarını dəstəkləyirlər. Onlar eyni vaxtda dağıda və bərpa edə bilməzlər. Hər şeydən əvvəl onlar Suriyanın suverenliyi ilə bağlı dəqiq mövqe ortaya qoymalı və terrorçulara dəstəyi dayandırmalıdırlar". Trend.az