Xameneyi: "Trampa cümə günü cavab verəcəyik"

İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xameneyi ABŞ prezidenti Donald Trampın təhdidlərinə cümə günü, 1979-cu il inqilabının ildönümündə cavab verəcəklərini bildirib.

İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xameneyi ABŞ prezidenti Donald Trampın təhdidlərinə cümə günü, 1979-cu il inqilabının ildönümündə cavab verəcəklərini bildirib. S.Ə.Xameneyi heç bir düşmənin İranı zəiflədə bilməyəcəyini bəyan edib: "Tramp "Məndən qorxmalısınız" deyir. Xeyr! İran xalqı fevralın 10-da onun sözlərinə cavab verəcək və belə təhdidlərə qarşı dayandığını göstərəcək".

Qeyd edək ki, İranın həftəsonu ballistik raket sınaqlarına başlayacağı bildirilir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31