Azərbaycan Avropaya inteqrasiya yolunu tutub
Artıq iki gündür ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Avropada səfərdədir. Əvvəlki səfərlərdən fərqli olaraq dövlət başçısının bu dəfəki səfəri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Prezidentinin bu dəfəki səfəri zamanı rəsmi Bakı ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişi ətrafında müzakirələr aparılır. Bundan əvvəl isə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşən Azərbaycan Prezidenti görüşdən sonra keçirilən brifinqdə qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda yeni səhifə açır. İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda yaxşı təcrübəyə malikdir: “Onlardan doqquzu, yəni üzv dövlətlərin üçdə biri ilə bizim strateji tərəfdaşlıq haqqında artıq imzalanmış və ya qəbul edilmiş sənədlərimiz var”.
7 Fevral 2017 15:28 MüsahibəƏli Qənbərli: "Amma, bununla belə bizim öz siyasətimiz, öz maraqlarımız var"
"Avropa İttifaqı ilə mümkün ola biləcək əməkdaşlıq məhz milli maraqlara cavab verən istiqamətdə aparılacaq"
Artıq iki gündür ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Avropada səfərdədir. Əvvəlki səfərlərdən fərqli olaraq dövlət başçısının bu dəfəki səfəri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Prezidentinin bu dəfəki səfəri zamanı rəsmi Bakı ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişi ətrafında müzakirələr aparılır. Bundan əvvəl isə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşən Azərbaycan Prezidenti görüşdən sonra keçirilən brifinqdə qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda yeni səhifə açır. İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda yaxşı təcrübəyə malikdir: "Onlardan doqquzu, yəni üzv dövlətlərin üçdə biri ilə bizim strateji tərəfdaşlıq haqqında artıq imzalanmış və ya qəbul edilmiş sənədlərimiz var". Dövlət başçısının sözlərinə görə, bu, Avropa İttifaqı və Azərbaycan arasında gələcək saziş üçün yaxşı əsasdır: "Bu gün əməkdaşlığımızın tarixində əlamətdar gündür, çünki biz əməkdaşlığımızda yeni səhifə açırıq. Mən danışıqlar aparan şəxslərə uğurlar arzulayıram və ümid edirəm ki, onlar vaxt itirməyəcək və yaxın vaxtlarda bizim aramızda uzunmüddətli strateji əməkdaşlığı müəyyən edəcək sənədi təqdim edəcəklər".
Azərbaycan Prezidenti İlham Əliyevin Avropaya səfəri və Aİ ilə yeni əməkdaşlıq sazişi ilə bağlı danışıqların aparılması siyasi ekspertlər, politoloq və analitiklər tərəfindən birmənalı olaraq müsbət qiymətləndirilir. Elə politoloq Əli Qənbərli də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Əli Qənbərli Avropa İttofaqı ilə əməkdaşlığın ölkəmiz üçün müsbət dividentlərindən də danışıb.
-Əli bəy, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Avropaya səfəri başlayıb. Bu səfərin əhəmiyyətini necə qiymətləndirərdiniz?
-Əslində, ölkə Prezidenti il ərzində dünyanın ayrı-ayrı ölkələrinə səfər edir. Bu səfərlər həm iqtisadi, həm siyasi, həm də ölkəmizin beynəlxalq imicinin daha da yaxşılaşması baxımından önəmlidir. Səfər çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərinin müzakirəsi gözlənilir. Hələlik nəticələr barədə danışmaq tez olardı. Çünki, bu görüşün hansı konkret nəticələr hasil etməsi önəmlidir. Hazırda, Azərbaycanla Avropanın ayrı-ayrı ölkələri arasında müxtəlif səviyyəli və istiqamətli əməkdaşlıq mövcuddur.
-Səfər çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlara başlanacaq. Avropa İttifaqı ilə yeni əməkdaşlıq imkanları Azərbaycana nə vəd edir?
-Əslində, bu gün Avropa dövlətləri elə bir sistem qurublar ki, dünyanın istənilən ölkəsi bura qoşulmaq istəyər. Yəni, avropalılar "Vahid Avropa" ideyasını artıq yeni və müsbət istiqamətə doğru inkişaf etdiriblər. Baxmayaraq ki, Böyük Britaniya tam olaraq burdan çıxma mövqeyi tutub. Bizim Avropa ilə münasibətlərimiz əlbəttə ki, Avropa Birliyi ilə ortaq saziş olandan sonra daha da möhkəmlənəcək və bu amil öz-özlüyündə yeni iqtisadi, siyasi, hümanitar təşəbbüslərin reallaşmasına səbəb olacaq.
-İstər bu səfəri, istərsə də aparılan danışıqları Azərbaycanın Avtopaya bir qədər də yaaxınlaşması kimi dəyərləndirmək olarmı?
-Bəli, bu səfər məhz Avropaya yaxınlaşmaq istiqamətində edilən səfərdir. Və bu bizə böyük imkanlar vəd edir. Azərbaycan Avropaya inteqrasiya yolunu tutub. Amma, bununla belə bizim öz siyasətimiz, öz maraqlarımız var. Avropa İttifaqı ilə mümkün ola biləcək əməkdaşlıq məhz milli maraqlara cavab verən istiqamətdə aparılacaq. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında olduqca aktiv iştirak edən ölkədir. Əlbəttə ki, Avropa özü də Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlıdır. Bunun həm iqtisadi, həm də geostrateji səbəbləri vardır.
-Ümumiyyətlə, Azərbaycan-Avropa münasibətlərinin perspektivlərini, gələcəyini necə görürsünüz?
- Bayaq qeyd etdiyim kimi, Azərbaycan Avropa münasibətləri bu gün də mövcuddur. Yəni, bu münasibətlər həm iqtisadi, həm də siyasi müstəvidə mövcuddur. Əlbəttə ki, Avropaya yaxınlaşma istiqamətində atılacaq bundan sonrakı addımlar münasibətlərin gələcək inkişafını şərtləndirəcək. Baxın, qonşu Gürcüstana. Onları artıq Avropanın bir hissəsi hesab edə bilərik. Burada konkret istiqamət var və bu da Avropaya inteqrasiyadır. Gələcəkdə Azərbaycan da Avropaya bu səviyyədə yaxınlaşa, burada olan üstünlüklərdən istifadə edə bilər.
-Azərbaycanın Avropaya yaxınlaşması Rusiyanın ölkəmizə qarşı olan münasibətini dəyişə və bizə təzyiqlər arta bilərmi?
-Azərbaycanın Avropaya yaxınlaşması Rusiyada qıcıq yarada biləcək amildir. Rusiya heç vaxt Cənubi Qafqaz ölkələrinin müstəqil siyasət aparması və onun nüfuz dairəsindən çıxması ilə barışa bilmir. Amma, Azərbaycan müstəqil dövlətdir və öz istər daxili, istərsə də xarici siyasətini kənar müdaxiləsiz müəyyən edir. Bu baxımdan hansı dövlətin narahat olmasından aslı olmayaraq Avropa ilə yeni əməkdaşlıq mühiti bizim üçün vacibdir və Azərbaycan bu istiqamətdə olan səylərini müstəqil formada həyata keçirəcək.
Füzuli