Liberal demokratların lliderinə Moskvadan cavab

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenidən sərsəm açıqlamaları ilə gündəmi qarışdırıb. Belə ki, bu günlərdə çılğın siyasətçi bir daha antitürk, antiAzərbaycan mövqeyini nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü təhrif edən açıqlamalar verib. O, ənənəvi imperiya arzularını dilə gətirərək bildirib ki, keçmiş SSRİ bərpa olunacağı təqdirdə ümumilikdə Azərbaycan deyil, Bakı quberniyası olacaq. Bir növ dəlisov siyasətçi Çar Rusiyası arzusunu dilə gətirib.

Toğrul Allahverdili:"Jirinovskinin diplomatik qalmaqallara səbəb olan "ritorikası"nın qarşısı alınmalıdır"

"Onun son "çıxışı" beynəlxalq hüquq normalarını, siyasi etikanı ayaq altına alır"

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenidən sərsəm açıqlamaları ilə gündəmi qarışdırıb. Belə ki, bu günlərdə çılğın siyasətçi bir daha antitürk, antiAzərbaycan mövqeyini nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü təhrif edən açıqlamalar verib. O, ənənəvi imperiya arzularını dilə gətirərək bildirib ki, keçmiş SSRİ bərpa olunacağı təqdirdə ümumilikdə Azərbaycan deyil, Bakı quberniyası olacaq. Bir növ dəlisov siyasətçi Çar Rusiyası arzusunu dilə gətirib.

Liberal demokratların sədrinin belə bir sərsəm açıqlaması heç şübhəsiz ki, Azərbaycan cəmiyyətində ciddi narahatçılıq və etiraz doğurub. Həmçinin Rusiyada diaspora fəaliyyəti ilə məşğul olan soydaşlarımız da Vladimir Jirinovskiyə kəskin etirazlarını ifadə ediblər.

Diaspora üzrə ekspert, Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili deyib ki, Vladimir Jirinovski kimi siyasətçiləri ciddi qəbul etmək də yersizdir. Onun sözlıərinə görə, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin dostluq şəraitində inkişaf etməsi fonunda bu cür hallar əlbəttə ki, xoş təsir bağışlamır: "Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski bildirib ki, keçmiş SSRİ sərhədləri bərpa ediləcəyi halda nə Qarabağ olacaq, nə Azərbaycan. O, iddia edir ki, Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası olacaq ki, bu da çarın vaxtındakı kimi bir idarıçilikdir. Düşünürəm ki, bu cür siyasətçiləri ciddi qəbul etməmək lazımdır. O tip siyasətçilər adətən hansısa səbəblərdən özləri üçün belə bir davranış yolu seçirlər". Toğrul Allahverdili qeyd edib ki, eyni zamanda Rusiya hökuməti də bu cür halları ciddi qəbul etmir və belə halları aradan qaldırmaq üçün səy göstərir: "Çünki Rusiya Azərbaycan ikitərəfli əlaqələrinin dostluq şəraitində inkişaf etməsi fonunda bu cür hallar xoş təsir bağışlamr. Artıq neçənci dəfədir ki, Jirinovski Azərbaycan xalqını, dövlətini təhqir edən bəyanatlar verir. Belə açıqlamalara münasibətdə Rusiyanın rəsmi şəxsləri deyirlər ki, Jirinovskinin fikirləri "dəli sayıqlamalarıdır və Rusiyanın mövqeyini ifadə etmir, ona əhəmiyyət vermək lazım deyil və s. Amma bu da gerçəklikdir ki, Jirinovskinin məsuliyyətsiz, ünvanına hədyanlar söylədiyi qonşu xalqlarda və dövlətlərdə hiddət doğuran, bir sıra hallarda diplomatik qalmaqallara səbəb olan "ritorikası"nın qarşısı alınmalıdır". Toğrul Allahverdili deyib ki, Vladimir Jirinovskinin son "çıxışı" beynəlxalq hüquq normalarını, siyasi etikanı ayaq altına alır: "Jirinovskini siyasi təlxək adlandırmaq vəziyyətdən çıxış yolu deyil, onun sərsəmləmələrinə hər fürsətdə özünü Azərbaycan diasporunun liderləri sayan şəxslər "Burda mənəm bağdada kor xəlifə" prinsipi ilə diaspor fəaliyyəti ilə məşqul olan şəxslər cavab verməlidir . Əlbətdə ki, Azərbaycan-Rusiya münasibətləri bu başa bəla siyasətçinin sərsəm fikirləri ilə zədələnən deyil. Çünki həmin münasibətlər müstəqillik illərinin sınağından keçmiş, qarşılıqlı faydalı əməkdaşlığın möhkəm təməlləri üzərində inkişaf edir. Bununla belə Jirinovski kimi təlxəyin söz azadlığının imkanlarından faydalanaraq, axmaq və təhlükəli fikirlərini davam etməsinə dur deməyin vaxtı çoxdan çatıb".

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramovun sözlərinə görə, Vladimir Jirinovski çox yaxşı bilir ki, Rusiya əhalisinin yarıdan çoxu Türklər və digər müsəlman dininə məxsus olan xalqlardır: "Elə çox uzağa getməyək Rusya Federasiyasının subyekti olan Dağıstan Respublikası Azərbaycanın tarixi ərazilərindən biridir. Jirnovskiyə o da yaxşı məlumdur ki, bu gün Dağıstanın qəhrəman xalqları öz xoşbəxt gələcəyini Azərbaycanın tərkibində muxtar bir Respublika kimi yer almasında görürlər".

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Jirnovsikinin SSRİ-nin bərpası adı ilə ölkəmiz əleyhinə irəli sürdüyü açıqlamalar, bir başa rəsmi Kremlin siyasətidir: "Jirnovski, SSRİ deyil, çar Rusiyasının sərhədləri çərçivəsində Rusiyanın mövcudluğunu irəli sürür. Qeyd edim ki, SSRİ müttəfiq respublikalar quruluşu idi, formal olaraq, dövlət təsisatlarına malik idi. Amma, Rusiyanın -Jirnovskinin səsləndirdiyi plan isə, SSR-nin ziddinə olaraq, tam şəkildə bu respublikaları quberniyalara bölünməsini nəzərdə tutur. Bu quberniyalarda Rusiyanın vilayəti olaraq, bütün dövlət təsisatlarından məhrum deməkdir. Görünür, Putinin aqressiyası və imperalist siyasəti davam etməkdədir". Politoloq deyib ki, Gürcüstanın Avropa İttifaqı ilə viza rejiminin aradan qaldırılması, ardınca Azərbaycanın bu qrumla danışıqlara başlaması Kremli narahat edir və Jirnovsikinin açıqlaması, təsadüfi deyil: "ABŞ -ın yeni rəhbərliyi Rusiya ilə mülayim davranarsa, Cənubi Qafqaza və Mərkəzi Asiyada Rusiya təhlükəsi arta bilər. Artıq, rəsmi Kreml Ukraynada separatçıların əli ilə Ukraynanı "Qraf"atəşinə tutmaqda davam edir. Qərb bunun qarşısın almasa, digər MDB ölkələri təhlükələrlə üzləşəcək. Hesab edirəm ki, Jirnovskinin Azərbaycana gəlişinə veto qoyulmalı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş fikirlərinə görə cinayət işi açılmalıdır".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31