Azərbaycan ciddi islahatlar mərhələsində
Keçən il Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsindən (referendum) sonra ölkədə müxtəlif sahələrdə dəyişikliklərin, islahatların həyata keçiriləcəyi qaçılmaz görünürdü. Etiraf etmək lazımdır ki, ümumxalq səsverməsindən sonra bir sıra dəyişikliklər, idarəetmə sistemində təkmilləşdirmə prosesi həyata keçirildi. Azərbaycan Prezidentinin referendumdan keçən ayılar ərzində atdığı addımlar istər iqtisadi, istərsə də idarəetmənin təkmilləşdirilməsi sahəsində kifayət qədər müsbət nəticələrə gətirib çıxardı. Amma onu da vurğulamaq lazımdır ki, hələ də müəyyən problemlərin qaldığı göz önündədir.
7 Fevral 2017 15:31 Sosialİlqar Altay: "Prezident İlham Əliyevin, regionların 2014-2018-ci illərdəki sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunları konfransındakı çıxışı və bəyanatları köklü dəyişikliyə başlanmasının anonsunu verir"
Keçən il Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsindən (referendum) sonra ölkədə müxtəlif sahələrdə dəyişikliklərin, islahatların həyata keçiriləcəyi qaçılmaz görünürdü. Etiraf etmək lazımdır ki, ümumxalq səsverməsindən sonra bir sıra dəyişikliklər, idarəetmə sistemində təkmilləşdirmə prosesi həyata keçirildi. Azərbaycan Prezidentinin referendumdan keçən ayılar ərzində atdığı addımlar istər iqtisadi, istərsə də idarəetmənin təkmilləşdirilməsi sahəsində kifayət qədər müsbət nəticələrə gətirib çıxardı. Amma onu da vurğulamaq lazımdır ki, hələ də müəyyən problemlərin qaldığı göz önündədir. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də regionların 2014-2018-ci illərdəki sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransında çıxışı zamanı bu məsləyə xüsusi olaraq toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycanda həyata keçirilən siyasətin məqsədi ölkəni gücləndirmək, müstəqilliyi möhkəmləndirmək və dayanıqlı inkişafa nail olmaqdır: "Azərbaycan vətəndaşı daha da yaxşı yaşamalıdır. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşıya məqsəd kimi qoyulmuşdur". Ənənəvi olaraq məmurlara da öz səlahiyyətlərini, vəziə borclarını xatırladan dövlət başçısı qeyd edib ki,məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir: "Məmur özünü təvazökar aparmalı, özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. "ASAN xidmət"in bəyənilmə əmsalı 98 faizdir. Bu, birincisi, bizim iradəmizi və siyasətimizi göstərir. İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür. Bütün lazımi tədbirlər görüləcək ki, 2017-ci ili də uğurla başa vuraq". Bəs görəsən istər ölkədə cərəyan edən proseslər, istərsə də Azərbaycan Prezidentinin istər məmulara, istərsə də cəmiyyətə ünvanladığı mesaj nədən xəbər verir?
İctimai Tədqiqatlar Mərkəzinin sədri, hüquqşünas İlqar Altayın sözlərinə görə, bütün son müşahidələr onu göstərir ki Azərbaycan ciddi dəyişikllər həddinə yaxınlaşıb: "Özü də çox yaxın vaxtda, gecikdirilmədən, radikal və kökündən islahatlar formasında həyata keçirilməsi ilə. Bu vacib məsələ artıq zaman və şəraitin tələbi həddinə yetişib. Hesab edirəm ki, həmin dəyişiklikləri şərtləndirən amillər, tələblər də mövcuddur. Bu tələbi də yaradan dörd əsas, ciddi, güclü amil var. Birincisi, dünyada güclü iqtisadi və siyasi böhranla bağlı gedən qlobal və hərtərəfli dəyişikliklər axını və ölkənin bu axından geri və kənarda qalmaması, ikincisi, son dövrlər maliyyə-iqtisadi böhranın ortaya çıxartdığı idarəçilikdəki bəzi məmur qüsurlarıdır. Həmçinin, üçüncüsü amil isə ondan ibarətdir ki, sösial-iqtisadi böhranı daha rahat və ağrısız adlamaq imkan və resurslaımız olduğu halda korrupsiya, oliqarxiya və kriminal mənimsəmələr, pozuntular hesabına bunun istənilən səviyyədə olmamasıdır. Nəhayət, dördüncüsü, xalqın məmur özbaşınalığı, digər mənfi idarəçilik təzahürlərindən narazılığı və güzəranın aşağı düşməsi qarşısının alınması tələbi". İlqar Altay bildirib ki,Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdəki sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunları konfransındakı çıxışı, orada nazir və rayon icra başçılarına kəskin tələbli iradları, bir sıra dövlət rəhbərliyinin nümayəndələri, hökumət rəhbərliyi rəsmiləri, nazir, deputatların çıxış və bəyanatları da, köklü dəyişikliyə başlanmasının anonsunu verir: " Və bütün bu iradlı bəyanatlar da icra başçıları və digər sahələr üzrə məmurlara yönəlir. O da hiss olunur ki, bu dəfəki dəyişikliklər heç də kosmetik forma ilə bitməyəcək. İslahatların əsas istiqamətinə gəldikdə isə, siyasi, ictimai, inzibati, iqtisadi və sosial, s. sahələrdə gözlənilir. İnsan hüquq və azadlıqlarından tutmuş azad ticarətə, vətəndaşlara qarşı məmur özbaşınalığının əksinə məmur dəstəyilə əvəzlənməsinə qədər yeni sağlam yaşam, işgüzar mühiti və ölkə inkişafına tam yaşıl işıq yandırılması, gözlənilir. Bunların isə hamısı, yalnız yuxarıdan yaranan siyasi iradə, oradan da başlanan ciddi struktur və kadr dəyişikliyinə bağlıdır. Elə qətiyyətli dəyişiklik ki, onun dalğası ölkənin hər tərəfinə və bütün ucqar nöqtələrə, məmur-vətəndaş münasibətlərinə yetişə bilsin". İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri onu da diqqətə çatdırıb ki, bütün bu müsbət dəyişiklikləri, köklü islahatları bir mühüm təminatsız həyata keçirmək mümkünsüz olar. O da ki, ölkənin xarici və daxili təhlükəsizliyidir: "Dövlətə və xalqın birliyinə qarşı təhdidlərin, təxribatların, digər pozuçu - dini ekstremizm, terror kimi faktorların qarşısının anında alınmasıdır. Ölkədə tam sabit inkişaf üçün, tam sabit və təhlükəsiz şəraitin olmasıdır".
Süleyman İsmayılbəyli