Gündəm
“İran agentləri Azərbaycana soxulub hökuməti devirməyə çağırır...”
ABŞ Konqresinin Nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin rəhbəri, respublikaçı Ed Roys “İsrael Project” forumu zamanı İranın Azərbaycanın işlərinə müdaxiləsi ilə bağlı sensasion bəyanatla çıxış edib.
Yerevan küçəsində: “Bakıdan gəlmişəm…”
Peace.tv adlı YouTube hesabı Ermənistanda sosial test keçirib.
Ruhani: "İranla Qərb ölkələri arasında nüvə sazişi regional mübahisələrin həlli üçün nümunədir"
İranla "altılıq" ölkələri arasındakı nüvə danışıqları bu cür danışıqlar üçün nümunə ola bilər. Bu sözləri İran prezidenti Həsən Ruhani deyib. O, bu danışıqların regionda sabitliyə və təhlükəsizliyə gətirib çıxaracağını deyib.
Türkiyədə dollar bahalaşdı
Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün, fevralın 7-də nağd valyuta bazarında 3,71 lirə səviyyəsindədir.
Marqvelaşvilidən çağırış: "Nəticələri tanımayın"
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Cənubi Osetiyada aprelin 9-na nəzərdə tutulmuş prezident seçkilərini və referendumu kəskin tənqid edib.
İran qadınları əslində küçədə belə geyinirlər
Fevralın 1-də bir neçə müsəlman ölkəsində "Hicab Günü" kimi qeyd olunub. Eyni gündə dünyanın bir çox mediasında hicabı yalnız qara rənglərlə əlaqələndirən, stereotiplərlə dolu yazılar yayımlanıb.
Rus təyyarələri İdlibi bombaladı
“Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Rusiyaya məxsusu təyyarələr Suriyanın İdlib şəhərini bombalayıblar. Reuters Xəbər Agentliyinə məlumat verən bir xilasedici bildirib ki, səkkiz ayrı – ayrı zərbələr nəticəsində bir çox binalar yerlə - yeksan olub və ən az 15 nəfər dünyasını dəyişib. Dağıntılar altından hələdə insan cəsədləri çıxarıldığı bildirilir.
""Bicok"un dal ayağıdır, özüm ölüm" - xalq artisti
Canəli müəllim, Beynəlxalq Muğam Festivalının münsifləri sizinlə bağlı açıqlama veriblər. Onlar sizi münsif siyahısında görmək istəmədiklərini söyləyiblər. Yəqin ki, məsələdən xəbərdarsız.
İki dost Bakı sakinin 500 min manatını mənimsəyib
Bakı sakininə qarşı yarım milyon manatlıq dələduzluq edilib. Məlumata görə, paytaxt sakini 1984-cü il təvəllüdlü İlqar Yusubov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ilin sentyabr ayından 2016-ci ilin noyabr ayınadək 1988-ci il təvəllüdlü Əhməd Abdullayev və 1986-ci il təvəllüdlü Ceyhun adlı şəxs onu aldadaraq 500 min manat pulunu alıblar. Faktla bağlı araşdırma aparılır.
Ev sahibəsinin cəsədi yanmış mənzildə tapılıb
Bakıda mənzil yanıb, ev sahibəsinin cəsədi tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb. Belə ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Quliyeva Tofiqə Lələkişi qızının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Kənd Təsərrüfatı Nazirliyi 5 illik müqavilə imzalayıb
Fevralın 7-də də Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı (BMT İP) arasında aqro-biomüxtəliflik sahəsində birgə layihənin həyata keçirilməsi üzrə imzalanma mərasimi olub. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, layihə Qlobal Ekologiya Fondu (GEF) və BMT İP tərəfindən Azərbaycanının Şəki, Goranboy və Göyçay rayonlarında beş il ərzində həyata keçiriləcək. İmzalanma mərasimində çıxış edən nazir Heydər Əsədov bildirib ki, layihənin əsas məqsədi üç komponentdən ibarətdir:
Türkiyədə yeməyə dövlət büdcəsi qədər pul xərcləndi
Türkiyəyə keçən il gələn turistlərin yemək-içməyə xərclədikləri pulun miqdarı açıqlanıb. Türkiyə Statistika Komitəsindən (TÜİK) verilən məlumata görə, 2016-cı ildə tətilini Türkiyədə keçirən turistlərin ümumi turizm xərci 18 milyard 495 milyon dollar fərdi, 3 milyard 611 milyon dollar isə paket-tur xərcləri olmaqla 22 milyard 107 milyon dollar təşkil edib.
Cocuq Mərcanlıya qayıdış - Bir ay qaldı
Cəbrayıl rayonunu erməni işğalından azad edilmiş Coquq Mərcanlı kəndinin ilkin mərhələdə 10 hektar ərazisi minalardan, partlamamış hərbi sursatlardan (PHS) və mərmilərdən tam təmizlənəcək. Hava şəraitini də nəzərə almaqla işlərin yaxın bir ay ərzində tamamlanması planlaşdırılır.
Gələn həftə toylarıdır, bal ayı isə...
Aktyor Tolqahan Sayışman və sevgilisi Almeda Abazi fevralın 13-də Los-Ancelesdə nikah masasına oturacaqlar.
Avropa ilə münasibətlərdə yeni mərhələ
Azərbaycan prezidenti İlham Əliyev fevralın 6-da Brüsselə səfəri zamanı Avropa Parlamentinin sədrindən başqa Avropa İttifaqının strukturlarına rəhbərlik edən bütün şəxslərlə də görüşüb. Bu sıraya Avropa İttfaqının prezidenti Donald Tusku, Avropa İttifaqının baş komissarı Jan-Klod Yunkeri, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçi və digər vitse-prezidenti, o cümlədən qurumun xarici siyasət məsələlərinə cavabdeh Federika Mogerini göstərmək olar.














