Türkiyədə yeməyə dövlət büdcəsi qədər pul xərcləndi
Türkiyəyə keçən il gələn turistlərin yemək-içməyə xərclədikləri pulun miqdarı açıqlanıb. Türkiyə Statistika Komitəsindən (TÜİK) verilən məlumata görə, 2016-cı ildə tətilini Türkiyədə keçirən turistlərin ümumi turizm xərci 18 milyard 495 milyon dollar fərdi, 3 milyard 611 milyon dollar isə paket-tur xərcləri olmaqla 22 milyard 107 milyon dollar təşkil edib.
7 Fevral 2017 15:58 DünyaTürkiyəyə keçən il gələn turistlərin yemək-içməyə xərclədikləri pulun miqdarı açıqlanıb. Türkiyə Statistika Komitəsindən (TÜİK) verilən məlumata görə, 2016-cı ildə tətilini Türkiyədə keçirən turistlərin ümumi turizm xərci 18 milyard 495 milyon dollar fərdi, 3 milyard 611 milyon dollar isə paket-tur xərcləri olmaqla 22 milyard 107 milyon dollar təşkil edib.
Turistlərin fərdi xərclər içində ən yüksək faizi (yüzdə 27) - 5 milyard 108 milyon dollarını yemək-içməyə xərcləyərkən bunun 3 milyard 269 milyon dolları beynəlxalq nəqliyyat xərclərinə sərf edilib.
Qeyd edək ki, bu məbləğ dünyanın kasıb ölkələrinin 1 illik dövlət büdcəsinə bərabərdir. Bu barədə Milli.az gazetevatan-a istinadən xəbər verir.