Marqvelaşvilidən çağırış: "Nəticələri tanımayın"
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Cənubi Osetiyada aprelin 9-na nəzərdə tutulmuş prezident seçkilərini və referendumu kəskin tənqid edib.
7 Fevral 2017 16:16 DünyaGürcüstan prezidenti Georgi Marqvelaşvili Cənubi Osetiyada aprelin 9-na nəzərdə tutulmuş prezident seçkilərini və referendumu kəskin tənqid edib. Dövlət başçısı beynəlxalq ictimaiyyəti seçkilərin və referendumun nəticələrini tanımamağa çağırıb.
G.Marqvelaşvili işğal olunmuş ərazilərdə referendum və seçkilərin keçirilməsini qanunsuz hesab edir: "Mərkəzi hakimiyyətin razılığı olmadan Gürcüstanın bölgəsinin adının dəyişdirilməsi üçün istənilən cəhd Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək deməkdir". Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31