Cocuq Mərcanlıya qayıdış - Bir ay qaldı

Cəbrayıl rayonunu erməni işğalından azad edilmiş Coquq Mərcanlı kəndinin ilkin mərhələdə 10 hektar ərazisi minalardan, partlamamış hərbi sursatlardan (PHS) və mərmilərdən tam təmizlənəcək. Hava şəraitini də nəzərə almaqla işlərin yaxın bir ay ərzində tamamlanması planlaşdırılır.

Cəbrayıl rayonunu erməni işğalından azad edilmiş Coquq Mərcanlı kəndinin ilkin mərhələdə 10 hektar ərazisi minalardan, partlamamış hərbi sursatlardan (PHS) və mərmilərdən tam təmizlənəcək. Hava şəraitini də nəzərə almaqla işlərin yaxın bir ay ərzində tamamlanması planlaşdırılır.  Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nın nümayəndəsi Feyruz Mahmudovbildirib.

O qeyd edib ki, kəndin ərazisinin tam təmizlənəcəyi barədə yekun fikri bir müddət sonra söyləmək mümkün olacaq:

"Ümumilikdə kəndin ərazisi 247 hektardır. İlkin mərhələdə 50 ailənin kəndə köçürülməsi üçün 10 hektar ərazi təmizlənəcək. Ərazi təmizləndikdən sonra aşkar edilmiş silah-sursatın analizi aparılacaq və onların əsasında ikinci mərhələyə keçiləcək. Ondan sonra kəndin hansı müddətə tamamilə minalardan və PHS-lərdən tam təmizlənəcəyini demək mümkün olacaq. Burada söhbət təkcə evlərdən və həyətyanı sahələrdən yox, həm də əkin-biçin sahələrindən də gedir". Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31