Rus təyyarələri İdlibi bombaladı
“Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Rusiyaya məxsusu təyyarələr Suriyanın İdlib şəhərini bombalayıblar. Reuters Xəbər Agentliyinə məlumat verən bir xilasedici bildirib ki, səkkiz ayrı – ayrı zərbələr nəticəsində bir çox binalar yerlə - yeksan olub və ən az 15 nəfər dünyasını dəyişib. Dağıntılar altından hələdə insan cəsədləri çıxarıldığı bildirilir.
7 Fevral 2017 16:08 Dünya"Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, Rusiyaya məxsusu təyyarələr Suriyanın İdlib şəhərini bombalayıblar. Reuters Xəbər Agentliyinə məlumat verən bir xilasedici bildirib ki, səkkiz ayrı - ayrı zərbələr nəticəsində bir çox binalar yerlə - yeksan olub və ən az 15 nəfər dünyasını dəyişib. Dağıntılar altından hələdə insan cəsədləri çıxarıldığı bildirilir.
İdlib sakinləri və xilasedicilər Rus təyyarələrinin şəhərin ayrı - ayrı yerlərini hədəf aldıqlarını, 8 dəfə bombaladıqlarını vurğulayırlar. Hadisə şahidləri təyyarələrin alçaqdan uçduqlarını və onların Rusiyaya məxsus olduğunu bildiriblər. Məsələ ilə bağlı rəsmi Moskva hələ ki, heç bir açıqlama yaymayıb.
Andolu Agentliyi 21 nəfərin öldüyünü və 18 nəfərin ağır yaralandığını bildirir.