Gündəm

Taksi sürücüsü onu ürəyindən bıçaqlayan adamı telefonuna çəkib - ŞOK VİDEO

7 Fevral 2017 17:09

Türkiyənin Konya şəhərində avtomobilinə əyləşən müştərini düşürmək istəyincə çıxan mübahisədə ürəyindən bıçaqlanan taksi sürücüsü onu bıçaqlayan şəxsi avtomobildən endirmək istədiyi zaman mobil telefonu ilə çəkib.

İŞİD bu qız üçün 1 milyon verir - VİDEO - FOTO

7 Fevral 2017 17:03

Danimarkalı Joanna Palani İŞİD-in onu tutub cinsi köləsi etmək istədiyini iddia edir. Danimarka vətəndaşı olan Joanna Palani İraq və Suriyaya gedərək terror təşkilatı PKK-nın qolu olan YPG-yə qatılıb. Pasportuna "əl qoyularaq" ölkəsinə göndərilən 23 yaşlı Palani "Daily Mail"ə tükürpədici açıqlamalar verib.

Bu il 200-dək ailə Cocuq Mərcanlıda məskunlaşa bilər

7 Fevral 2017 16:59

2017-ci ilin sonuna kimi 200-ə yaxın məcburi köçkün ailəsi Cəbrayıl rayonunun yaşayış üçün təhlükəsiz olan Cocuq Mərcanlı kəndindəki evlərə köçəcəklər. 

Avropa Azərbaycanın önəmini etiraf etdi - Bakı Brüsselə nəyi başa saldı?

7 Fevral 2017 16:57

Azərbaycan prezidenti İlham Əliyev fevralın 5-6-da Belçika Krallığının və Avropa İttifaqının paytaxtı Brüsseldə səfərdə oldu. Bu səfəri mübaliğəsiz Avropa-Azərbaycan münasibətləri tarixində yeni bir mərhələ, tam yeni və ümid dolu bir səhifə adlandırmaq olar. Bunu, ilk növbədə, Avropa İttifaqı rəsmilərinin Azərbaycan prezidentinin bu səfərinə necə həssas yanaşması və onu yüksək qiymətləndirməsi sübut edir.

Avropada superdövlət: real plan, yoxsa "Brexit" şoku?

7 Fevral 2017 16:56

Qərb mətbuatında yeni superdövlətin meydana gələ biləcəyi barədə informasiyalar yayılır. Bu təşəbbüsün arxasında Fransa və Almaniyanın dayandığı bildirilir.

Bahar Muradova: “Avropa İttifaqı münaqişənin həlli ilə bağlı təkcə bəyanatlarla kifayətlənməməlidir”

7 Fevral 2017 16:54

“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşlər, səslənən fikirlər onu göstərir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yeni bir səhifə açılıb, bu münasibətlər yeni mərhələyə qədəm qoyub”. Bu fikri mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib. B. Muradova qeyd edib ki, artıq Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması üçün danışıqlara başlanılıb: “Hər iki tərəfin danışıqlardan gözləntiləri böyükdür.

Məhkəmə işçiləri qətlə yetirildilər

7 Fevral 2017 16:53

“Miliyyet” - ə istinadən bildirir ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış olub.

Ailə üzvlərinin mənzildən istifadə hüququ hansı hallarda yaranır?

7 Fevral 2017 16:48

Redaksiyaməza müraciət edən vətəndaş soruşur ki, mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər hansı hallarda yaşayış binasından istifadə hüququna malikdirlər?

Azərbaycanda 10 xəstəxana BAĞLANDI

7 Fevral 2017 16:37

Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən, yanvarın 1-dən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib. Bu səbəbdən özünü təmin edə bilməyən xəstəxanaların fəaliyyəti dayandırılıb.

BQXK Elnur Hüseynzadə ilə görüşmək üçün tərəflərlə danışıqlara başlayıb

7 Fevral 2017 16:32

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ermənilərin əlinə düşən Elnur Hüseynzadə ilə bağlı tərəflərlə dialoqa başlayıb. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, BQXK saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensial dialoq aparır: “Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə beynəlxalq humanitar hüquq normalarına görə BQXK-nın mandatıdır”.

“Bandotdel” əməliyyat keçirdi

7 Fevral 2017 16:33

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadan Kamerun və Nigeriya vətəndaşlarını saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları ümumən cinayətkarlıq, o cümlədən insanların dələduzluq yolu ilə aldadılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Argentinalı erməni Sarkisyan vasitəsilə Ermənistan oliqarxlarını “vurur” KAZİNO BİZNESİ

7 Fevral 2017 16:31

“Argentinanın erməni əsilli iş adamı, İrəvanın “Zvartnots” hava limanının səhmdarlarından biri olan Eduardo Ernekyan hava limanı yaxınlığında içində kazino fəaliyyəti də olacaq nəhəng əyləncə mərkəzi tikmək qərarına gəlib”. Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəəzeti yazır. Erməni nəşrinin yazdığına görə, hazırkı məqamda İrəvanın ətrafında fəaliyyət göstərən yeganə kazino siyasətçi, “Çiçəklənən Ermənistan” partiyasından parlament seçkilərinə namizədliyini irəli sürəcək Qagik Tsarukyana məxsusdur. Belə ki, “Firon” adlı kazino demək olar ki, bütün Ermənistanın mərc oyunları biznesini və bazarını ələ alaraq təmin edir.  

Ukrayna bu dəfə qəti hücuma hazırlaşır  “DXR”-ə qarşı

7 Fevral 2017 16:29

“Ukrayna silahlı qüvvələri Donetsk yaxınlığına müxtəlif tipli hərbi texnikasını, artilleriya qurğularını yeritməyə başlayıb”. Bu barədə tanınmayan qondarma “Donetsk Xalq Respublikasının” (“DXR”) lideri Aleksandr Zaxarçenko danışıb.

Rusiyalı şərhçi: “Beynəlxalq siyasətdə Əliyev özünü çox rahat hiss edir”

7 Fevral 2017 16:27

“İlham Əliyev yüksək səviyyəli diplomatiya nümayiş etdirir”. Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfərini və Avropa Parlamentinin yeni başçısı Antonio Tayani ilə görüşdən qətiyyətlə imtina etməsini şərh edən rusiyalı siyasi şərhçi Pavel Klaçkov belə deyib.

Leninin mavzoleyi bağlanır

7 Fevral 2017 16:25

Moskvada Vladimir Leninin mavzoleyi müvəqqəti bağlanır. Bu qərar profilaktik tədbirlərlə bağlıdır.