Taksi sürücüsü onu ürəyindən bıçaqlayan adamı telefonuna çəkib - ŞOK VİDEO

Türkiyənin Konya şəhərində avtomobilinə əyləşən müştərini düşürmək istəyincə çıxan mübahisədə ürəyindən bıçaqlanan taksi sürücüsü onu bıçaqlayan şəxsi avtomobildən endirmək istədiyi zaman mobil telefonu ilə çəkib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə gecə saat 1 radələrində Məram mahalı Çaybaşı prospekti, Paşalı Körpü qovşağında baş verir. Əldə edilən məlumata görə, taksi sürücüsü olan 40 yaşlı Mustafa Kıyak hadisə yerinə çağırılan təcili yardımla Konya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Əməliyyata alınan taksi sürücüsünün həyati təhlükəsinin davam etdiyi öyrənilib. 

Polis qaçan şübhəlini tutmaq üçün araşdırmanı davam etdirir.

Cinayət anının videosunu təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31