Ailə üzvlərinin mənzildən istifadə hüququ hansı hallarda yaranır?

Redaksiyaməza müraciət edən vətəndaş soruşur ki, mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər hansı hallarda yaşayış binasından istifadə hüququna malikdirlər?

Redaksiyaməza müraciət edən vətəndaş soruşur ki, mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər hansı hallarda yaşayış binasından istifadə hüququna malikdirlər? "Olaylar"ın məlumatına görə, Mülki Məcəllənin tələbinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin (mənzil sahibinin) ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmçinin, Mənzil Məcəlləsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31