Gündəm
Mübariz Qurbanlı Mərakeş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Fevralın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşı qəbul edib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Türkiyədə dil çıxaran futbolçuya hansı cəza veriləcək?
"Fənərbağça"nın hollandiyalı ulduzu Robin van Persi "Beşiktaş"la oyun zamanı daha bir qalmaqalı ilə gündəmə gəlib. TFF (Türkiyə Futbol Federasiyası) Hüquq Müşavirliyi, hollandiyalı ulduzun tribunalara yönəlmiş "dil" hərəkəti qaydalara zidd müəyyən edilib.
Tofiq Quliyevin və Cövdət Hacıyevin 100 illik yubileyləri keçiriləcək
Prezident İlham Əliyev Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Akademik Həsən Əliyevin 110 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Yararsız heyvan cəmdəkləri zərərsizləşdirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan reydləri davam etdirir.
Ərdoğan və Tramp arasında telefon danışığı olacaq
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.
Daha bir azərbaycanlı oğlan evlilik verilişində - VİDEO
"Star TV"də yayımlanan "Zuhal Tolla" izdivaç verilişinə daha bir azərbaycanlı gənc qatılıb. Samir adlı oğlan proqramdakı Ancelina adlı qıza namizəd olub. Bakıda yaşadığını deyən 23 yaşlı Samir ilk dəfədir İstanbula gəldiyini bildirib. Gənc oğlan kikboksla məşğul olduğunu söyləyib. Ancelina Samiri bəyənmədiyini deyib.
Tramp: "Putini tanımıram, Rusiyada bizneslə məşğul olmuram"
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini tanımadığını və Rusiyada biznes fəaliyyəti göstərmədiyini bəyan edib.
Ukraynada girov götürülən azərbaycanlı iş adamı azad olundu
Ukraynada daha bir azərbaycanlı iş adamı girov götürülüb. 1977-ci il təvəllüdlü Eldar İsgəndərov paytaxt Kiyev şəhərində yaşadığı mənzilin qarşısında oğurlanıb.
İlhamə Quliyevanın köməkçisi azadlığa buraxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın soyğunçuluqda təqsirləndirilərək həbs edilən köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M. Hüseynova barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona 1 il 3 ay şərti cəza verilib. M.Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.
Erməni əsilli nazirin başı dərddə
Ukrayna parlamentində təmsil olunan "Qarşılıqlı Yardım" müxalifət fraksiyası ölkənin daxili işlər naziri Arsen Avakovun məsuliyyətə cəlb olunmasını tələb edib.
Binəli Yıldırım: "Prezidentə qarşı çıxanlar terroru dəstəkləyir"
Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) prezident idarəetməsinə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinə qarşı çıxış etməklə terror təşkilatlarına dəstək vermiş olur.
Çingiz Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi
Prezident İham Əliyev Ç.S.Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında sərəncam imzalayıb.
"Şəhidimizin nəşi alınarkən erməni zabitin ürəyi gedib" - Deputat
Fevralın 5-də Ermənistan-Azərbaycan sərhəddində şəhid Çingiz Qurbanovun nəşi düşmən tərəfdən alınarkən maraqlı hadisə baş verib. Tərəflər nəşi almaq üçün üzbəüz durarkən Ermənistan silahlı qüvvələrnin zabiti həyəcandan huşunu itirərək yıxılıb.
Deputat: “Jirinovski Putinin planlarını alt-üst edir”
“Jirnovskinin SSRİ-ni bərpa etmək barədə səsləndirdiyi bəyanat daha çox Rusiyanın maraqlarına zərbə vurur”. Bunu deyən millət vəkili Zahid Orucun sözlərinə görə, bu gün Rusiya prezidenti Vladimir Putin və onun komandası dünyanı inandırmağa çalışır ki, onlar imperiya qurmaq niyyətlərində deyillər: “Onlar suveren dövlətlərin hüquqlarını tanıyır və ona hörmət edirlər.













