Gündəm
Londonda “ağıllı” mağazalar açılacaq
“The Times” nəşri yazır ki, “Amazon” şirkəti Londonun mərkəzində ticarət meydançalarının aktiv axtarışı ilə məşğul olub. Belə fəaliyyətin əsas məqsədi yaxın gələcəkdə yeni "ağıllı" supermarketlər istifadəyə verməkdir.
“UBeam” simsiz enerjidoldurma qurğusunun prototipi nümayiş etdirilib
Ultrasəs dalğalarının köməyi ilə hava vasitəsilə cihazların enerji ilə doldurulmasını təmin edən “UBeam” adlı maraqlı texnoloji startapın direktoru Meredis Perri sözügedən texnologiyanı Los-Ancelesdə keçirilmiş “Upfront Summit” sammitində nümayiş etdirib. O, böyük çexola salınmış smartfonu ultrasəs dalğaları saçan böyük ağ qutunun qarşısına gətirdikdə indikator qurğunun enerji topladığını göstərib.
Belçikada işçilərin bədəninə çiplər quraşdırılıb
Belçikanın rəqəmli texnologiyalarla məşğul olan “Newfusion” şirkəti ölkə tarixində ilk dəfə olaraq dərialtı çip texnologiyasını tətbiq edib. Şirkət əməkdaşları dəriyə yerləşdirilən çiplər vasitəsilə qapıları aça və texnikadan istifadə edə biləcəklər.
Müğənninin bu hərəkəti milyarder nişanlısını YAXIB-YANDIRDI - VİDEO
Meray Keri 1 milyon TL (təxminən 500 min manat) dəyərində gəlinliyini yandırıb. Məşhur müğənni baş tutmayan toyunda geyməyi planlaşdırdığı 250 min dollarlıq gəlinliyinə yeni klipinin çəkilişlərində od vurub.
Kitab oxumağa maraq yaradan 10 ÜSUL
Mütaliəyə maraq yaradan 10 üsulu təqdim edir. 1. Zövqünə çox inandığınız dostunuzla məsləhət.
İnfarkt olmaq istəmirsinizsə, bu qidaları yeyin - SİYAHI
Ürək xəstəlikləri müasir dövrün ən çox yayılan xəstəliklərindən biri olub. Lakin sağlam qidalanma və pəhrizlə ürəyinizi qoruya bilərsiniz. Aile.lent.az infarktın qarşısını alan qidalarla sizi tanış edir.
Təhlükəsiz internet günü
Fevralın 7- də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində “Təhlükəsiz internet günü” və “Fərdi məlumatların mühafizəsi günü” münasibəti ilə videokonfrans keçirilib.
Rusiyalı alim bölgələrə səfərə çıxdı
Fevralın 5-dən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabının bölgələrdə və paytaxtda təqdimatı keçirilir, alimin iştirakı ilə Bilik evlərində "dəyirmi masalar", mühazirələr, görüşlər təşkil olunur.
Necə bilmək olar ki, sənə qulaq asırlar?
Mobil telefonunuza kiminsə qulaq asdığını bilmək üçün sizə 8 məxfi kod lazımdır. SaqlamHeyat.az xarici mətbuata istinadən, mobil telefonun izləndiyini güman edənlər üçün lazım olan kodları təqdim edir:
Qara Qarayev anılıb
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi Azərbaycan bəstəkarı, görkəmli alim, pedaqoq, ictimai xadim, SSRİ Xalq Artisti Qara Qarayevin anadan olmasının 99 illiyinə həsr edilən tədbir keçirilib.
Tarif Şurasından danışıq tarifləri ilə bağlı AÇIQLAMA
Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə yayılan məlumatlar əsassızdır.
Nizami Kino Mərkəzində yeni film
Son vaxtların aktiv milli kino bazarına daha bir film daxil olur. Yazıçı Səidə Haqverdiyevanın müəllifi olduğu “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında çəkilən “Ər quyusu” adlı film ekranlaşdırılaraq, geniş tamaşaçı auditoriyasına təqdim ediləcək.
Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu da maraqlı tamaşalar nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, 9, 10, 11, 12 fevral tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara “Mənim günahım”, “Silva”, “Qırmızıpapaq”, “Toya bir gün qalmış”, “Düyməcik” və “Mən dəyərəm min cavana” tamaşaları təqdim olunacaq. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevilən aktyorlar – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Şükufə Yusupova, Əməkdar artistlər Səmayə Musayeva, Boris Qrafkin, Emma Məlikova, Ələkbər Əliyev, Svetlana Bulax, Nahidə Orucova, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, İlham Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Marina Litvinenko, Firuz Məmmədov, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Emil Heydərov, Nadejda Povelitsina, Yuliya Heydərova, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Elçin İmanov, Elnarə Nağdəliyeva, Rauf Babayev, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nicat Əli, Əmrah Dadaşov, Fərid Rzayev, Elməddin Dadaşov, Cəlalə Novruzlu və başqalarının ifalarını izləyə biləcəklər.
“Elm və həyat” elmi jurnalının yeni nömrəsi nəşr olundu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm və həyat” elmi jurnalının yeni nömrəsi nəşr olundu.
FIFA Ukrayna klubunun daha 6 xalını silib
FIFA Ukraynanın "Dnepr" klubuna qarşı sanksiya tətbiq edib. Ali futbol qurumu sabiq oyunuçusu Danilo Souzaya olan borcu üzündən Dnepropetrovsk təmsilçisinin 6 xalını silib. Bununla da hesabında cəmi 6 xal qalan komanda Ukrayna çempionatında turnir cədvəlinin sonuncu pilləsinə düşüb.














