Rusiyalı alim bölgələrə səfərə çıxdı
Fevralın 5-dən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabının bölgələrdə və paytaxtda təqdimatı keçirilir, alimin iştirakı ilə Bilik evlərində "dəyirmi masalar", mühazirələr, görüşlər təşkil olunur.
7 Fevral 2017 19:10 SosialFevralın 5-dən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabının bölgələrdə və paytaxtda təqdimatı keçirilir, alimin iştirakı ilə Bilik evlərində "dəyirmi masalar", mühazirələr, görüşlər təşkil olunur.
Rusiyada yaratdıqları "armenian-terrorism.com" saytının fəaliyyətinə diqqət çəkən O.Y.Kuznetsov deyib ki, dünya ictimaiyyəti bu saytın köməyi ilə erməni vəhşiliyindən daha dəqiq xəbərdar olacaq.
Qeyd edək ki, O.Y.Kuznetsov bu gün Gəncə və Naftalan şəhərlərində yerli ziyalılarla görüşən rusiyalı alim fevralın 8-də Mingəçevirdə olacaq.
Fevralın 9-da O.Y.Kuznetsovu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev qəbul edəcək. Bununla yanaşı, Bilik Fondunun təşkilatçılığı ilə rusiyalı alimin Azərbaycan Dillər Universitetində və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda yerli ictimaiyyətin nümayəndələri - gənclər və ziyalılarla görüşləri nəzərdə tutulur.