Nizami Kino Mərkəzində yeni film

Son vaxtların aktiv milli kino bazarına daha bir  film  daxil olur. Yazıçı Səidə Haqverdiyevanın müəllifi olduğu “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında çəkilən  “Ər quyusu” adlı film ekranlaşdırılaraq, geniş tamaşaçı auditoriyasına təqdim ediləcək.

Son vaxtların aktiv milli kino bazarına daha bir  film  daxil olur. Yazıçı Səidə Haqverdiyevanın müəllifi olduğu "Qara qızın qara bəxti" hekayəsinin motivləri əsasında çəkilən  "Ər quyusu" adlı film ekranlaşdırılaraq, geniş tamaşaçı auditoriyasına təqdim ediləcək.

Qeyd edək ki, ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadı. Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdi. Komik hadisələrlə zəngin filmdə əsas rolları Əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa edirlər.

Filmdə  90-cı illərin həyat tərzi və münasibətlərinin qabardılır, əsas motiv kimi qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Yaradıcı heyət 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın,  qızlarının ərə getməməsinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın və bütün bunların fonunda "evdəqalmış" damğası alan qızların dramını sarkazmla ekrana köçürüb. Tamaşaçı filmdə həm yaxın keçmişə səyahət edəcəklər.

Filmin xronometrajı 95 dəqiqədi. Çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılan filmi  15 fevral saat 19.00 tarixindən etibarən Nizami Kino Mərkəzində izləyə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31