Londonda “ağıllı” mağazalar açılacaq

“The Times” nəşri yazır ki, “Amazon” şirkəti Londonun mərkəzində ticarət meydançalarının aktiv axtarışı ilə məşğul olub. Belə fəaliyyətin əsas məqsədi yaxın gələcəkdə yeni "ağıllı" supermarketlər istifadəyə verməkdir.

"The Times" nəşri yazır ki, "Amazon" şirkəti Londonun mərkəzində ticarət meydançalarının aktiv axtarışı ilə məşğul olub. Belə fəaliyyətin əsas məqsədi yaxın gələcəkdə yeni "ağıllı" supermarketlər istifadəyə verməkdir. London sakinləri artıq tezliklə yeni "Amazon Go" supermarketlərinin xidmətindən yararlana biləcəklər. Belə supermarketlərdə kassanın önündə növbə gözləməyə ehtiyac olmayacaq. "Ağıllı" texnologiyalar əsasında işləyən belə mağaza artıq 2015-ci ilin sonundan etibarən Sietldə fəaliyyət göstərir. Hələ ki bu ticarət nöqtəsi yalnız firmanın əməkdaşları üçün sınaq  rejimində əlçatandır, ancaq "Amazon" şirkəti cari ildə adi vətəndaşlar üçün belə mağazalar istifadəyə verəcək. Alıcılar, sadəcə, mağazaya daxil olub rəfdən lazımi məhsulu götürərək  çıxışa tərəf gedəcəklər. "Ağıllı" sistem alış-verişin ödənişi üçün lazımi pul məbləğini alıcının kartından çəkəcək. "Amazon Go" supermarketinə daxil olmaq üçün öncədən xüsusi proqram qurulmuş smartfona malik olmaq və girişdə "QR" kodu skan etmək lazımdır. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "dni24.com" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31