“Elm və həyat” elmi jurnalının yeni nömrəsi nəşr olundu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm və həyat” elmi jurnalının yeni nömrəsi nəşr olundu.
7 Fevral 2017 18:40 SosialAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm və həyat" elmi jurnalının yeni nömrəsi nəşr olundu.
Jurnalın bu dəfəki sayında "Multikulturalizmin Azərbaycan modeli dünya üçün örnəkdir", "Dünyamızın bilinən ən incə təbəqəsi - Qrafen", "Qobustanda qayıq təsvirləri", "Pirəvənd tayfasının izi ilə", "Azərbaycan faunasının öyrənilməsində zooloqlarımızın əvəzsiz rolu", "Ana dili dərslərində interaktiv təlim metodlarından istifadənin əhəmiyyəti" və digər məqalələr öz əksini tapıb.
Qeyd edək ki, 1961-ci ildən başlayaraq nəşr olunan "Elm və həyat" jurnalının məqsədi Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılmasıdır.
Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul katibi isə AMEA-nın "Mətbuat orqanları şöbəsi"nin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Turan Rəhimovadı.