Təhlükəsiz internet günü

Fevralın 7- də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində “Təhlükəsiz internet günü” və “Fərdi məlumatların mühafizəsi günü” münasibəti ilə videokonfrans keçirilib.

Fevralın 7- də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə "Elektron Hökumət" Təlim-Tədris Mərkəzində "Təhlükəsiz internet günü" və "Fərdi məlumatların mühafizəsi günü" münasibəti ilə videokonfrans keçirilib.

Bilik Fondundan "Olaylar" - a verilən məlumata görə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi videokonfransda "Yaxşı İnternet üçün birləşək" şüarı altında uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti və fərdi məlumatların mühafizəsi" mövzusunda müzakirələr aparılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron Hökumət" Təlim-Tədris Mərkəzinin direktor müavini vəzifəsini icra edən Rauf Cabarov Təhlükəsiz internet günü barədə ətraflı məlumat verərək mərkəzin fəaliyyəti barədə danışıb.

Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev Fondun müxtəlif sahələrdə həyata keçirdiyi maarifləndirici layihələrdən bəhs edib. Bu layihələrə bölgə əhalisinin birbaşa cəlb olunması üçün Mərkəzin yaratdığı şəraiti yüksək qiymətləndirən İ.Vəliyev elmi nailiyyətlərin geniş auditoriyaya çatdırılması və interaktivliyin təmin olunması üçün bu platformanın üstünlüklərini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31