Belçikada işçilərin bədəninə çiplər quraşdırılıb

Belçikanın rəqəmli texnologiyalarla məşğul olan “Newfusion” şirkəti ölkə tarixində ilk dəfə olaraq dərialtı çip texnologiyasını tətbiq edib. Şirkət əməkdaşları dəriyə yerləşdirilən çiplər vasitəsilə qapıları aça və texnikadan istifadə edə biləcəklər. 

Belçikanın rəqəmli texnologiyalarla məşğul olan "Newfusion" şirkəti ölkə tarixində ilk dəfə olaraq dərialtı çip texnologiyasını tətbiq edib. Şirkət əməkdaşları dəriyə yerləşdirilən çiplər vasitəsilə qapıları aça və texnikadan istifadə edə biləcəklər.  Çip kiçik ölçüyə malik olsa da, orada işçiyə ofisə daxil olmağa, noutbuk, eləcə də printer və digər ofis əşyalarından istifadə etməyə imkan verən çoxlu məlumat saxlanılır. Elektron açarlar səkkiz əməkdaşın razılığı ilə onların bədəninə yerləşdirilib.

Məlumata görə, çiplər identifikasiya üçün istifadə olunan vəsiqələri əvəz edib. Elektron açarın hər birinin qiyməti 100 dollar təşkil edir. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "VistaNews" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31