Müğənninin bu hərəkəti milyarder nişanlısını YAXIB-YANDIRDI - VİDEO
Meray Keri 1 milyon TL (təxminən 500 min manat) dəyərində gəlinliyini yandırıb. Məşhur müğənni baş tutmayan toyunda geyməyi planlaşdırdığı 250 min dollarlıq gəlinliyinə yeni klipinin çəkilişlərində od vurub.
7 Fevral 2017 19:30 DünyaMeray Keri 1 milyon TL (təxminən 500 min manat) dəyərində gəlinliyini yandırıb. Məşhur müğənni baş tutmayan toyunda geyməyi planlaşdırdığı 250 min dollarlıq gəlinliyinə yeni klipinin çəkilişlərində od vurub.
Amerikalı müğənni Meray Keri "I Do not" adlı mahnısına çəkdiyi yeni klipdə 250 min dollar dəyərindəki "Valentino" markalı gəlinliyini yandırıb. 46 yaşlı ifaçı bu hərəkətilə keçmiş milyarder nişanlısı Ceyms Parkerə mesaj yollayıb.
İddialara görə, klip cütlüyün ayrılmazdan əvvəl birlikdə qaldıqları evdə çəkilib.
"Woman chr("39")s Day" jurnalının yazdığına görə, Ceyms Parker müğənnidən bədxərcliyi və israfçılığı səbəbindən ayrılmağa qərar verib.
Məlumat üçün onu da bildirək ki, dünya şöhrtəli ifaçı hazırda 33 yaşlı rəqqasla sevgilidir. Bu barədə Publika.az xarici mətbuata istinadən xəbər verir.