“UBeam” simsiz enerjidoldurma qurğusunun prototipi nümayiş etdirilib
Ultrasəs dalğalarının köməyi ilə hava vasitəsilə cihazların enerji ilə doldurulmasını təmin edən “UBeam” adlı maraqlı texnoloji startapın direktoru Meredis Perri sözügedən texnologiyanı Los-Ancelesdə keçirilmiş “Upfront Summit” sammitində nümayiş etdirib. O, böyük çexola salınmış smartfonu ultrasəs dalğaları saçan böyük ağ qutunun qarşısına gətirdikdə indikator qurğunun enerji topladığını göstərib.
7 Fevral 2017 19:38 DünyaUltrasəs dalğalarının köməyi ilə hava vasitəsilə cihazların enerji ilə doldurulmasını təmin edən "UBeam" adlı maraqlı texnoloji startapın direktoru Meredis Perri sözügedən texnologiyanı Los-Ancelesdə keçirilmiş "Upfront Summit" sammitində nümayiş etdirib. O, böyük çexola salınmış smartfonu ultrasəs dalğaları saçan böyük ağ qutunun qarşısına gətirdikdə indikator qurğunun enerji topladığını göstərib. Şirkətin lideri, həmçinin xatırladıb ki, enerji doldurmaq üçün çexol nümayiş etdirilmiş prototiplə müqayisədə daha nazik olacaq. Bununla belə layihənin bazara çıxarılma müddəti haqda məlumat yoxdur. Ötürücü aparatın ölçüsünün kiçildilməsi növbəti addım olacaq. Nümayiş zamanı bildirilib ki, yeni qurğunu sikkə ölçüsündə çip daxilində yerləşdirmək mümkün olub. Həmçinin "UBeam" cihazının dəstəklədiyi məsafə və qurğuların siyahısı haqda məlumat verilməyib. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən xəbər verir.