Erməni əsilli nazirin başı dərddə

Ukrayna parlamentində təmsil olunan "Qarşılıqlı Yardım" müxalifət fraksiyası ölkənin daxili işlər naziri Arsen Avakovun məsuliyyətə cəlb olunmasını tələb edib.

Ukrayna parlamentində təmsil olunan "Qarşılıqlı Yardım" müxalifət fraksiyası ölkənin daxili işlər naziri Arsen Avakovun məsuliyyətə cəlb olunmasını tələb edib.  Bunu fraksiya rəhbərinin müavini Yeqor Sobolevkeçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, buna səbəb Donbas şəhərində ticarət blokadasının iştirakçılarına qarşı polis tərəfindən basqın edilməsidir:

"Biz xahiş edirik ki, Ali Radanın hüquq-mühafizə fəaliyyətinin qanunvericilik təminatı məsələləri üzrə komitəsi öz iclasında bu vəziyyəti araşdırmaq üçün qaldırdığımız məsələyə baxsın. Artıq sabah (çərşənbə günü) komitə bu məsələni araşdırsın. Görək, bu hücum əmrini kim verib? Bunu edənlər, həmçinin daxili işlər naziri Avakov məsuliyyətə cəlb olunmalıdır". 

Qeyd edək ki, erməni əsilli nazir Arsen Avakovla bağlı Ukraynada şikayətlərin sayı getdikcə artır. Hətta onun işdən çıxarılacağına dair iddialar da səsləndirilir. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31