Gündəm

Millət vəkili tələbə gənclərlə görüşəcək

8 Fevral 2017 15:34

Fevralın 25-də Bakı şəhərində təhsil alan və yaşayan ucarlı tələbələr və gənclərlə görüş keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə., bu məlumatı millət vəkili Vüsal Hüseynov verib. Bildirib ki, görüşdə məqsəd gənclərlə tanış olmaq, onları daha yaxından tanımaqdır: “Məqsəd son görüşdən keçən müddət ərzində yenilikləri paylaşmaq, dəstək olmaq, mütəmadi ünsiyyət qurmaq və mümkün birgə işlər və layihələri müzakirə etməkdir.

Qarabağ münaqişəsi, artıq Rusiyanın tam inhisarına verilib

8 Fevral 2017 15:33

“Bundan əvvəl beynəlxalq təşkilatların, ABŞ və Avropanın diqqət etdiyi Dağlıq Qarabağ münaqişəsi, artıq Rusiyanın tam inhisarına verilib. Artıq, böyük dövlətlər və qrumlar, problemin açarını Rusiyada görürlər”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

Bakıdan Yerevana daha bir ağır zərbə

8 Fevral 2017 15:32

“Azərbaycan dövlətinin qanunlarını pozaraq, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə səfər edən Lapşinin Belarusda tutularaq ölkəmizə gətirilməsi cənab Prezidentimiz İlham Əliyev başda olmaqla dövlətimizin ilk növbədə, şəhid əsgərimizin nəşinin qaytarılmasından sonra rəsmi Yerevana vurduğu ikinci daha ağır bir zərbədir və işğalçı ölkənin beynəlxalq mövqelərinin zəifliyini göstərir”.

Rusiya qətldə ittiham olunan azərbaycanlını Ukraynaya ekstradisiya edib

8 Fevral 2017 15:28

Rusiya Ukraynada qətldə ittiham olunan azərbaycanlını bu ölkəyə ekstradisiya edib. Tay boksu üzrə Avropa çempionu, odessalı idmançı Sergey Laşşenkonu öldürməkdə şübhəli bilinən 24 yaşlı Babək Dəmir oğlu Həsənov Odessaya göndərilib. O, barəsində məhkəmə hökmü çıxarılana qədər istintaq təcridxanasında saxlanılacaq.

Kimya zavodunda PARTLAYIŞ - İspaniyada

8 Fevral 2017 15:24

İspaniyanın Valensiya bölgəsində xlor emalı zavodunda partlayış olub. Hadisə Patern kimya zavodunda baş verib. Məlumata görə, əvvəlcə güclü partlayış olub, ardınca tüstü yaranıb, bundan sonra isə silsilə partlayış səsləri eşidilib.

Türklər Əl Babda strateji təpələri ələ keçirdilər: 2 nəfər şəhid oldu, 15-i yaralandı - YENİLƏNİB

8 Fevral 2017 15:22

Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçiləri ilə İŞİD terror qruplaşmalarının üzvləri arasında şiddətli atışma olub. Atışma nəticəsində 2 türk həbçi ölüb, 15-i yüngül xəsarət alıb. 58 İŞİD üzvünün məhv edildiyi bildirilir. Həmçinin Türkiyə Silahlı Qüvvələrinin apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində strateji təpələr ələ keçirilib. Bu barədə Trend-in "Hürriyyət" qəzetinə istinadən xəbər verir.

Hər kəs öz sənətkarını dinləyir

8 Fevral 2017 15:21

Xalq artist Canəli Əkbərovun Dövlət Televiziyasında keçiriləcək muğam müsabiqəsinin münsiflər heyətində əyləşən – Arif Babayev, Əlibaba Məmmədov,  Sərdar Fərəcov, Səkinə İsmayılova,  Mənsum İbrahimov haqqında söylədiyi xoşagəlməz fikirlər ictimaiyyət arasında böyük rezanansa səbəb oldu.

İqtisadiyyat Nazirliyinin bir neçə əməkdaşına töhmət verilib

8 Fevral 2017 15:09

İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsi tərəfindən 2016-cı il ərzində qurumun Aparatında əmək intizamına riayət olunması vəziyyəti üzrə gündəlik monitorinqlər keçirilmiş və nəticələri nazirliyin rəhbərliyə təqdim edilib.

“Con Vik 2”  mətbuat üçün nümayiş edildi

8 Fevral 2017 15:06

Park Cinema Flame Towers-də ən çox gözlənilən film olan  “Con Vik-2”-nin mətbuat nümayəndələri üçün xüsusi nümayişi olundu. Filmdə  baş rolu canlandıran  Kianu Rivz öz obrazı haqqında  “Böyük məmnuniyyətlə yenidən kostyum geyinib və Con Vikin sevimli məşğuliyyətlərinə qayıtdım. Dava, ehtiras və azadlıq uğrunda mübarizə aparan gənclər” – bu sözləri deyib.

"Hacı Zeynalabdin Tağıyev klubu"na qeydiyyat davam edir

8 Fevral 2017 15:07

2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın görkəmli sahibkar və mesenatı Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub fəaliyyət göstərir. Tarix muzeyindən “Olaylar” – a verilən məlumata görə kluba üzvü olmaq üçün heç bir ödəniş tələb olunmur.

Türk axını Azərbaycana təsir edəcəkmi?

8 Fevral 2017 15:03

Fevralın 7-də Rusiya Prezidenti Vladimir Putin "Türk axını" layihəsini imzalayıb. Bundan öncə Türkiyə tərəfi layihə ilə bağlı hökumətlərarası sazişi təqdiqləmişdi. Bu o deməkdir ki, artıq "Türk axını" layihəsi kağız üzərindən realizə mərhələsinə qədəm qoymağa keçir. Məlumat üçün qeyd edək ki, Türk Axını layihəsinin gerçəkləşdirilməsi məsələsi hələ Türkiyə-Rusiya münasibətləri korlanmadan əvvəl gündəmdə idi. Məlum təyyarə olayına qədər tərəflərin layihənin reallaşması istiqamətində ciddi addımlar atacağı gözlənilirdi. Lakin Rusiya təyyarəsinin Türkiyə səmasında vurulması bu layihəni arxa plana atdı. Sonradan Ankara-Moskva münasibətlərinin normallaşması Türk Axını layihəsini yenidən aktuallaşdırdı. Bəs görəsən Türk axını Azərbaycanın neft və qaz layihələrinə, onun enerji daşıyıcılarının Avropaya ixracına hansı əngəllər yarada bilər?

Lapşinin ekstradisiyası bir daha təsdiq etdi ki...

8 Fevral 2017 15:01

Azərbaycan daha bir diplomatik uğura imza atdı. Belə ki, rəsmi Bakının israrı, Minskinin qətiyyəti Azərbaycan ətrafında hörülmüş həlqələri darmadağın etdi. Ermənipərəst qüvvələrin, eləcə də erməni diasporasının ciddi təkidinə baxmayaraq Rusiya və İsarail vətəndaşı olan bloger Aleksandr Lapşinin ekstradisiyasına qərar verildi. Nəhayət fevralın 7-də Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş, Belarusda saxlanılan bloqer Aleksandr Lapşin Bakıya gətirildi. Məlumat üçün qeyd edək ki, Bundan əvvəl Belarus Ali Məhkəməsi bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayətini rədd edib.

Manatın möhkəmlənməsi nə zamana kimi davam edəcək?

8 Fevral 2017 15:00

Nəhayət, son iki ildə ilk dəfə olaraq, manatın digər valyutalar qarşısında möhkəmlənməsi müşahidə olunur. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 7-nə olan məlumatına görə, USD/AZN rəsmi məzənnəsi 1,8% ucuzlaşaraq 1,8769 səviyyəsində müəyyən olunub. Bu isə o deməkdir ki, manatın orta çəkili məzənnəsi 2,8% möhkəmlənib. Mərkəzi Bank rəsmi məzənnəni bu hərracın nəticəsinə uyğun elan edəcək. Bununla da manatın fevralın 2-dən başlayan bahalaşması sabah da davam edəcək. Artıq ictimai fikirlərdə manatın sabitləşəcəyi, hətta dollara nisbətən bahalaşa biləcəyinə dair ümidlər var. Manatın möhkəmlənməsi nə zamana kimi davam edə bilər?

Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır

8 Fevral 2017 14:58

Azərbaycanın əldə etdiyi diplomatik uğurlara hər ötən gün daha biri əlavə olunur. Ermənistanı hərbi sahədə məğlub duruma salan Azərbaycan paralel olaraq düşmən ölkə üzərində diplomatik qalibiyyəti də təmin edir. Bu günlərdə şəhidimiz Çingiz Qurbanovun nəşinin Ermənistanın bütün beynəlxalq hüquq və normalara, qeyri-insan keyfiyyətlər nümayiş etdirməsinə baxmayaraq geri alınması bunun bariz nümunəsidir. Ötən gün isə Azərbaycan Ermənistan üzərində daha bir diplomatik uğur əldə etdi desək yanılmarıq. Belə ki, uzun müddət mübahisə predmeti olan, həm Moskva və İrəvanın maraqlarına zidd sayılan bir proses də Azərbaycanın xeyrinə yekunlaşdı. Belə ki, Azərbaycanın ərazi bütövlüyünü pozaraq separatçı Dağlıq Qarabağ rejiminə səfər edərək onların təbliğ edən Aleksandr Lapşin Azərbaycana tərəfinə təhvil verildi. Lapşinin Azərbaycana təhvil verilməsi birmənalı olaraq ölkəmizin Ermənistan üzərindəki diplomatik uğuru kimi xarakterizə edilir.

Vətənimiz və dövlətimiz hər bir vətandaş üçün böyük nemətdir

8 Fevral 2017 14:56

Son vaxtlar radikal dini qruplaşmaların Azərbaycanda fəallaşmaq cəhdləri müşahidə edilir. Xüsusilə, hüquq-mühafizə orqanlarının keçirdikləri uğurlu əməliyyatlar nəticəsində bu kimi şəxslərin həbs edilməsi onların xaricdəki dəstəkləyici qüvvələrini hərəkətə keçirib. Bu günlərdə İŞİD sıralarında vuruşduğu iddia edilən azərbaycanlı şəxsin sosial media üzərindən ölkəmizə ünvanladığı təhdid də radikal dini qruplaşmaların Azərbaycanla bağlı müəyyən planlarının olduğundan xəbər verir. Bəs görəsən, Azərbaycana yönəlik bu təhdidlər nə dərəcədə ciddi xarakter daşıyır və belə bir vəziyyətdə ölkənin dini kəsimi hansı mövqedən çıxış etməlidir. Bu və ya digər suallarla İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı ilə söhbətləşdik.