Gündəm
Metroda qorxulu anlar: sərnişinlər təxliyə olundular - FOTOlar
London metrosunda həyəcanlı anlar yaşanıb. Londonun Dalston Kinqslend stansiyasında qatar hərəkət zamanı tüstülənib. Sərnişinlər həyəcanla vaqonlardan düşüblər. Bu zaman sərnişinlər arasında zədələnənlər də olub.
Almaniyada aviareyslər təxirə düşdü
Berlinin iki hava limanında yerüstü nəqliyyat xidməti əməkdaşlarının keçirdiyi tətil səbəbindən həmin aeroportlarda 130-dan çox reys təxirə salınıb. Almaniya paytaxtında "Tegele" hava limanında 112, "Şenefelde" hava limanında 22 reys təxirə salınıb.
Politoloq: "Lapşinin ekstradisiyası ciddi xəbərdarlıqdır"
“Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması bu addımı atmaq istəyənlərə ciddi xəbərdarlıqdır”. Bunu politoloq İlqar Vəlizadə deyib.
Hava yağmurlu olacaq
Fevralın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Olaylar"-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 3-6, Bakıda gecə 1-3, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Ermənistanın uzun müddətdən bəri apardığı siyasət iflasa uğradı
“Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqer Aleksandr Lapşinin Bakıya gətirilməsi Ermənistan və ermənipərəst qüvvələr üçün bir mesajdır”. Bunu deyən"Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovun sözlərinə görə, artıq əcnəbi vətəndaşları bu addımdan ciddi nəticə çıxarmalıdırlar: “Məlumdur ki, bu vaxta qədər ayrı-ayrı şəxslər və qruplar Dağlıq Qarabağa qanunsuz səfərlər ediblər. Bununla da Azərbaycan Respublikasının qanununu, beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri pozaraq icazəsiz olaraq Azərbaycan dəvlətinin ərazisinə daxil olublar.
Lapşinin ekstradisiyası beynəlxalq hüquq çərçivəsində həyata keçirilib
"Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib". Bu sözləri "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının nümayəndəsi Vahid Bayramov deyib.
Onu niyə Bakıya əliqandallı gətirdilər - SADƏ SUALLARA CAVABLAR
Üç ölkənin vətəndaşı olan bloqer Aleksandr Lapşin Belarusun paytaxtı Minskdən Bakıya gətirildi. Xüsusi təyyarə ilə. Bakıdakı Heydər Əliyev beynəlxalq hava limanında onu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstəsinin əməkdaşları qarşıladılar.
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək
Gələn həftə İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, fevralın 17-də Türkiyənin İstanbul şəhərində V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi nəzərdə tutulur.
Heç bir şirkət Azərbaycana dərman idxalını dayandırmayıb
Səhiyyə Nazirliyi son günlər dərman idxalçılarının Azərbaycana dərman idxalını dayandırmaları nəticəsində ölkədə dərman qıtlığı yaranması ilə bağlı məlumatlara münasibət bildirib.
Azərbaycan prezidenti "Əl-Cəzirə" televiziyasına müsahibə verib
Azərbaycan prezidenti İlham Əliyev fevralın 8-də "Əl-Cəzirə" televiziyasının müxbiri Omar Kaşrama müsahibə verib.
Kreml Lapşinin Azərbaycana ekstradisiyasına münasibət bildirib
“Bloger Aleksandr Lapşinlə bağlı danışıqlar aparılmır, lakin onun müdafiəsi üçün mümkün hüquqi tədbirlər görülür”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bazarda qiymətlərin müəyyən artımı hiss olunur
"Bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik". Bunu baş nazirin müavini Əli Əhmədov deyib.
Baş nazirin müavini dərman çatışmazlığına münasibət bildirib
"Dərman çatışmazlığı ilə bağlı informasiyalar zaman-zaman bizə də gəlib çatır. Bununla bağlı operativ şəkildə reaksiya verilir”. Bunu İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarının iclasında baş nazirin müavini Əli Əhmədovdeyib. O bildirib ki, dərman Azərbaycana əsasən idxal olunur: “Yaxın zamanlarda Azərbaycanda dərman istehsalına başlanmasını istəyirik. O vaxta qədər idxalla hesablaşmalı olacağıq. Ona görə də müəyyən çətinliklərin yaranması halı müşahidə olunur. Amma kritik vəziyyət yoxdur, operativ şəkildə buna reaksiya verilir. Dərman bazarının lazımi dərman vasitələri ilə təmin olunması üçün operativ şəkildə addımlar atılır".
Xəzərin Azərbaycana aid akvatoriyasında palçıq vulkanlarının sayı çoxdur
“Statistikaya əsaslansaq hər il orta hesabla Azərbaycanda 3-4 palçıq vulkanı püskürür. Bu, Azərbaycan üçün xarakterikdir. Lakin son 2 ildə bu say azalıb”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib. O bildirib ki, ölkə ərazisində yerin səthində olan palçıq vulkanlarının hamısı məlumdur: “Palçıq vulkanlarının 6 növü var. Bunlar sualtı, ada, aktiv olan, aktiv olmayan, gömülmüş və neft ixrac edən palçıq vulkanlarıdır. Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında palçıq vulkanlarının sayı həddindən artıq çoxdur. Bu günə kimi yer səthində və dənizin altında olan palçıq vulkanlarının sayı 360-dır. Müvafiq cihazların köməyi ilə həmin sualtı palçıq vulkanlarını aşkar etmək mümkündür. Məsələn, gələcəkdə Xəzər dənizində neft yataqlarının axtarışı zamanı suyun altında yeni palçıq vulkanlarının aşkarlanması mümkündür. Suyun altındakı palçıq vulkanlarının sayı dəyişkəndir”.
Ermənistan Belarusun KTMT-dən çıxarılmasını tələb edir
“Ermənistan Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünün dayandırılması ilə bağlı məsələ qaldırmalıdır”. Bunu Ermənistan hakimiyyətdəki Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.














