Gündəm

Belarus müttəfiqlik əlaqələrinin ruhuna zidd addım atıb

8 Fevral 2017 14:07

Rusiya Xarici İşlər Nazirliyi bloqger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə əlaqədar bəyanat yayıb. 

"İldə 15-17 yaşlı qızlar 3 min uşaq dünyaya gətirirsə, bu, bizi narahat etməlidir"

8 Fevral 2017 14:05

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılacaq. Söhbət fiziki məişət zorakılığından gedir".

Bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

8 Fevral 2017 14:03

“Hazırda Azərbaycanda ali təhsilin bakalavr pilləsi üzrə tələbələrə kreditlər verilir. Gələcəkdə digər təhsil dərəcələrinə görə kreditlərin verilməsi mümkün olacaq”. Bunu “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud deyib. O bildirib ki, strateji planlara görə hansısa ixtisaslar üzrə də prioritetlər qoyula bilər: “Bu gün kreditlərin qaytarılması mexanizmi sabit qrafiklə hesablanır. Lakin bir çox ölkələrdə gəlirə bağlı olan qrafiklər, mexanizmlər mövcuddur. Bu gün bizim üçün bunu tətbiq etmək bəlkə də bir qədər tezdir. Biz bunu bir çox dövlət qurumları ilə birgə işləyib hazırlamalıyıq. Amma gələcəkdə bu mexanizmin olmasını istisna etmirik”.

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilir

8 Fevral 2017 14:01

Təhsil Nazirliyi ali məktəblərə qəbul olan tələbələrin sayının artırılmasına dair təklifləri hazırlayaraq hökumətə təqdim edib.  Təhsil naziri Mikayıl Cabbarov deyib ki, ali təhsil müəssisələrində tələbələrin sayı getdikcə artacaq. 

Müəllimlərin bilik və bacarıqları qiymətləndiriləcək

8 Fevral 2017 14:00

Regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevral ayında keçiriləcək qiymətləndirmə peşə-ixtisas, İKT, məntiq və pedaqogika sahələrini əhatə etməklə 60 sualdan ibarət olacaq.

Əflatun Amaşov: “Lapşinin ekstradisiyası Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir”

8 Fevral 2017 13:58

“Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası son dərəcə mühüm hadisədir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov səsləndirib.

Silahlı Qüvvələrimizin bölmələri düşmənin növbəti diversiyasının qarşısını alıb

8 Fevral 2017 13:57

Fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub.

Azərbaycan-Aİ münasibətləri yeni mərhələyə qədəm qoyub

8 Fevral 2017 13:56

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikaya səfəri çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva səsləndirib.

İtaliyada "Roma", Azərbaycanda "İnter"

8 Fevral 2017 13:49

İtaliyanın "Roma" klubu tarixinin rekorduna imza atıb. Paytaxt təmsilçisi A seriyasında ardıcıl 14-cü ev qələbəsini qazanıb. "Fiorentina"nı 4:0 hesabı ilə məğlub edən Roma klubu seriyasını 14-ə çatdırıb ki, klub tarixində belə hal yaşanmayıb. Bunadək "canavarlar"ın ən uğurlu ev seriyası 13 matçdan ibarət idi. Həmin seriya 1930-cu ildə qeydə alınmışdı. Paytaxt klubu bu seriyaya 2016-cı ilin aprelində start verib.

ABŞ-da Rusiya ilə bağlı qalmaqallı qanun hazırlandı

8 Fevral 2017 13:46

ABŞ Senatında prezident Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etməsinin qarşısını almaq məqsədilə qanun layihəsi hazırlanıb. Qanun layihəsini respublikaçı Lindsi Qrem və demokrat Ben Kardin hazırlayıb.

Fahriyəyə görə bloka atılan kainat gözəli: "Burakdan incidim" - FOTOlar

8 Fevral 2017 13:44

Türkiyənin məşhur aktyoru, "Kara sevda" serialının qəhrəmanı Burak Özçivit Dubayda dəvət aldığı tədbirdə iştirak edib.

Dəniz quldurları rusları oğurladılar

8 Fevral 2017 13:38

Nigeriyanın ərazi sularında dəniz quldurlarının hücumu nəticəsində yeddi Rusiya vətəndaşı girov götürülüb.  Bu barədə Rusiyanın Nigeriyadakı səfirliyi öz Twitter səhifəsində yazıb. Məlumatda qeyd olunur ki, hücum nəticəsundə bir Ukrayna vətəndaşı da oğurlanıb. Səfirlik qaçırılan şəxslərin axtarışı üçün Nigeriya hökumətinə müraciət edib.

19 yaşında 34 qadını zorlayan gəncə məhkəmədən İLGİNC QƏRAR

8 Fevral 2017 13:36

ABŞ-ın Aydaho ştatında məhkəmə təcavüzə görə həbs edilmiş Kodi Dueyn Skott Errera adlı şəxsə evlənənə qədər cinsi əlaqəyə girməmək cəzası verib. 2015-ci ilin mart ayında 15 yaşlı bir qıza təcavüz etdiyini etiraf etdikdən sonra Errera keçən həftə 5 ildən 15 ilə qədər həbsə məhkum edilib.

Lapşinin Bakıya ekstradisiyası Azərbaycana başucalığı gətirən məsələdir

8 Fevral 2017 13:33

"Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayan, öz bloqunda Dağlıq Qarabağı müstəqil respublika kimi qeyd edən İsrail və Rusiya vətəndaşı, fitnə toxumu səpən bloqçu Aleksandr Lapşin Minskdən Bakıya ekstradisiya olunub. Bu Azərbaycana başucalığı gətirən bir məsələdir və bunu təqdir edirəm”.

Gənclərin internetdən düzgün istifadə qaydaları müzakirə edilib

8 Fevral 2017 13:29

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Step İT Akademiyasının tərəfdaşlığı ilə “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində “Gənclər İnternetdə Nifrət Nitqinə Qarşı” mövzusunda konfrans keçirilib.