İtaliyada "Roma", Azərbaycanda "İnter"

İtaliyanın "Roma" klubu tarixinin rekorduna imza atıb. Paytaxt təmsilçisi A seriyasında ardıcıl 14-cü ev qələbəsini qazanıb. "Fiorentina"nı 4:0 hesabı ilə məğlub edən Roma klubu seriyasını 14-ə çatdırıb ki, klub tarixində belə hal yaşanmayıb. Bunadək "canavarlar"ın ən uğurlu ev seriyası 13 matçdan ibarət idi. Həmin seriya 1930-cu ildə qeydə alınmışdı. Paytaxt klubu bu seriyaya 2016-cı ilin aprelində start verib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında davam edən ən uzun qələbə seriyası "İnter"ə məxsusdur - 3 oyun. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31