19 yaşında 34 qadını zorlayan gəncə məhkəmədən İLGİNC QƏRAR

ABŞ-ın Aydaho ştatında məhkəmə təcavüzə görə həbs edilmiş Kodi Dueyn Skott Errera adlı şəxsə evlənənə qədər cinsi əlaqəyə girməmək cəzası verib. 2015-ci ilin mart ayında 15 yaşlı bir qıza təcavüz etdiyini etiraf etdikdən sonra Errera keçən həftə 5 ildən 15 ilə qədər həbsə məhkum edilib.

ABŞ-ın Aydaho ştatında məhkəmə təcavüzə görə həbs edilmiş Kodi Dueyn Skott Errera adlı şəxsə evlənənə qədər cinsi əlaqəyə girməmək cəzası verib. 2015-ci ilin mart ayında 15 yaşlı bir qıza təcavüz etdiyini etiraf etdikdən sonra Errera keçən həftə 5 ildən 15 ilə qədər həbsə məhkum edilib. Ancaq 19 yaşlı Erreranın cəzası, həbsdə bir il ərzində tətbiq olunacaq müalicəsi müvəffəqiyyətli keçərsə, təxirə salına bilər. Hakim Redni Stoker qərarını açıqlayarkən bu şərti vurğulayaraq: "Əgər şərtli təxliyəylə azadlığa çıxarsa, evlənmədiyi müddətcə heç vaxt cinsi əlaqəyə girməsinə icazə verilməyəcək", - deyib. Hakim cinsi əlaqəyə girməmək qərarının Erreranın istintaqdan öncəki dindirilməsi zamanı cinsi əlaqəyə girmək üçün 34 qadını zorladığını etiraf etdikdən sonra alındığını deyib. Bu barədə Milli.az Times News-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31