Gənclərin internetdən düzgün istifadə qaydaları müzakirə edilib
Gənclər Təşkilatları Milli Şurası tərəfindən Step İT Akademiyasının tərəfdaşlığı ilə “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində “Gənclər İnternetdə Nifrət Nitqinə Qarşı” mövzusunda konfrans keçirilib.
8 Fevral 2017 13:29 SosialGənclər Təşkilatları Milli Şurası tərəfindən Step İT Akademiyasının tərəfdaşlığı ilə "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyası çərçivəsində "Gənclər İnternetdə Nifrət Nitqinə Qarşı" mövzusunda konfrans keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, konfrans bir sıra informasiya kommunikasiya mütəxəssisləri, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərin iştirakı ilə baş tutub. Konfransda gənclərin internetdən düzgün istifadə qaydaları, sosial şəbəkələrdə insan hüquqlarının qorunması və nifrət nitqinə qarşı onlayn mübarizə mövzusunda müzakirələr keçirilib. Konfransın davamında yeniyetmə və gənclər arasında təhlükəsiz internet davranışının formalaşması, kibercinayətkarlıq, internetdə insan hüquqlarının pozulması və onunla mübarizə metodlarından danışılıb. Müzakirələr zamanı əhatə olunan mövzularla bağlı gənclər tərəfindən səsləndirilən fikirlər əsasında təkliflər paketi hazırlanıb.