Lapşinin Bakıya ekstradisiyası Azərbaycana başucalığı gətirən məsələdir
"Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayan, öz bloqunda Dağlıq Qarabağı müstəqil respublika kimi qeyd edən İsrail və Rusiya vətəndaşı, fitnə toxumu səpən bloqçu Aleksandr Lapşin Minskdən Bakıya ekstradisiya olunub. Bu Azərbaycana başucalığı gətirən bir məsələdir və bunu təqdir edirəm”.
8 Fevral 2017 13:33 Siyasət"Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayan, öz bloqunda Dağlıq Qarabağı müstəqil respublika kimi qeyd edən İsrail və Rusiya vətəndaşı, fitnə toxumu səpən bloqçu Aleksandr Lapşin Minskdən Bakıya ekstradisiya olunub. Bu Azərbaycana başucalığı gətirən bir məsələdir və bunu təqdir edirəm". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev səsləndirib. O, bildirib ki, fitnə toxumu səpən kimliyindən, hansı güclü dövlətin vətəndaşlığından güc almasına baxmayaraq ən sərt cəzaya məruz qalmalıdır: "O cümlədən Lapşinə də heç bir güzəşt edilmədən ədalətli məhkəmə keçirilməli və cəzasını almalıdır. Belarus dövlətinin atdığı bu addımı yüksək qiymətləndirir və Belarus prezidenti Aleksandr Lukaşenkoya da təşəkkürümü bildiirirəm. Belarus respublikası ilə uğurlu danışıqlar aparan Azərbaycan tərəfinə, o cümlədən bu məsələdə prinsipiallıq göstərən Azərbaycan prezidenti İlham Əliyevə də təşəkkürümü bildirirəm. Ümid etdiyimi bildirmək istəyirəm ki, Lapşin cəzasının ən azından xeyli bir hissəsini Azərbaycanda çəkəcək və o başqa tərəfə verilməyəcək. Çox yaxşı olardı ki, onun məhkəməsi Azərbaycan televiziyaları tərəfindən Azərbaycan, rus və ingilis dillərində canlı olaraq yayımlansın. Bu Azərbaycan torpaqlarını işğal etmiş, təcavüzkar Ermənistana və fitnə toxumu səpən havadarlarına ən layiqli cavab olacaq. Bu fitnə toxumu səpən namərdin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə əməlləri var. Qoy ədalətli məhkəmə onun taleyini həll etsin".