Gündəm
Güləşçilərimiz 4-cü İslam Həmrəyliyi Oyunlarının səfiri seçilib
Mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlanıb. AGF-dən “OLAYLAR” –a bildirilib ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında yerli idmançı səfirlər siyahısına güləş üzrə yığma komandamızın üzvlərindən Rəsul Çunayev (yunan-Roma güləşi) və Hacı Əliyev (sərbəst güləş) daxil edilib. Bundan başqa Rüstəm Orucov, Elmar Qasımov (hər ikisi cüdo), İlahə Qasımova, Rafael Ağayev (hər ikisi karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev, Fəridə Əzizova (hər ikisi taekvondo), Kamran Şahsuvarlı (boks), Ruslan Abışov (futbol), Leyla Cavadova, Aynur Rzayeva (hər ikisi boks) və Nazim Babayev (atlet) də idmançı səfir seçiliblər. Ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi–2011”in qalibi Mirələm Mirələmov yer alıb.
Müəllim və valideynlərin müraciətləri dinləniləcək
Fevralın 10-da paytaxtın Xətai və Suraxanı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Avropa Komissiyasının binası qarşısında Xocalı aksiyası keçiriləcək
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı fevral ayının 21-26-da Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirəcək.
Vətəndaşlardan külli miqdarda marixuana aşkar edilib
Hacıqabul rayon sakinlərindən küllü miqdarda marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində Hacıqabul rayon sakinləri Ayət Orucovdan və Pünhan Dostəliyevdən 6,415 qram, P.Dostəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 450 qram marixuana aşkar edilərək götürülüb. Bundan abaşqa Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Bakı şəhər sakini Yaşar Mövsümovdan 3 kiloqram 345 qram marixuana aşkar edilərək götürülüb.
Daxili orqanında qızıl-zinət əşyaları keçirmək istədi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gizli yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti zonasını tərk etdikdən sonra saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Yoxlamadan öncə, vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib. Lakin gömrük əməkdaşının onun bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini söyləyib.
Lapşini müdafiə edənlər nədən Dilqəm Əsgərovu yada salmırlar?
“Lapşin Azərbaycana ekstradisiya edilməsi yaxşı xəbər oldu. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımıza səfərlər edən, işğalçıları dəstəkləyən açıqlamalar verənlərə və bu fikirdə olanlara ciddi xəbərdarlıq olacaq”.
Elman Nəsirov: "Lapşinin Azərbaycana ekstradisiyası böyük siyasi hadisədir"
"2011-2012-ci illərdə Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi Ermənistanda gündüz vaxtı şimşək çaxması effekti verdi".
Tahir Mirkişili: "Gün gələcək Ermənistan rəhbərləri də qolu qandallı Bakıya gətiriləcəklər"
"Aleksandr Lapşin Azərbaycan qanunlarını kobud şəkildə pozub və bunu nümayişkəranə edib. O kiməsə və nəyəsə arxayın olaraq Azərbaycan dövlətinin gücünü lazımı qiymətləndirə bilməyib. Ancaq Azərbaycan dövlətinin gücü qarşısında həm Lapşin, həm də onun himayədarları acız qaldılar". Bunu millət vəkili Tahir Mirkişili bildirib.
Azərbaycan Lapşini gətirməklə onları darmadağın edib
"Bir neçə vətəndaşlığının olmasından da göründüyü kimi təkcə bloqerlik etməyən Lapşinin Azərbaycana gətirilməsi dövlətimizin gücünün və dost Belarusun, özəlliklə də onun prezidenti cənab Lukaşenkonun sözübütövlüyünün göstəricisidir”. Bunu millət vəkili Sahib Alıyev deyib.
Ermənistandakı qat-qat zalım əsirlikdir
"Ümumiyyətlə Azərbaycan vətəndaşlarının girovluqda olması təbii ki, hamımızı üzən hadisələrdən biridir. Burada həssas olan məqam orasındadır ki, Azərbaycan vətəndaşı bir başqa torpağa daxil olmayıb. Azərbaycan vətəndaşı öz Vətənində, torpağında girov saxlanılır. Hansı ki, Qarabağ əsirlərlə bizə məxsus olub”. Bunu millət vəkili Elşən Musayev deyib.
Bu çips 100 min dollara satıldı - maraqlı səbəb
Amerikada zooparkda qəfəsinə uşaq girdiyinə görə öldürülən qorilla Harambeyə bənzədilən çips 100 min dolara satılıb.
Ukrayna prezidenti azərbaycanlı zabiti ordenlə təltif edib
Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşən azərbaycanlı zabit, leytenant Roman Balağa oğlu Baxşıyevi mükafatlandırıb. Ailəsindən verilən məlumata görə, azərbaycanlı zabit Ukraynanın “İgidliyə görə” ordeni ilə təltif edilib. P. Poroşenko ötən gün bununla bağlı sərəncam imzalayıb.
Sanksiyaların ləğvini qadağan edən qanun layihəsi hazırlanıb
ABŞ Senatında prezident Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etməsini əngəlləmək məqsədilə qanun layihəsi hazırlanıb.
Kolumbiya prokurorluğu ölkə prezidentinin rüşvət aldığını iddia edir
Kolumbiya prokurorluğu ölkə prezidenti Xuan Manuel Santosu rüşvət almaqda şübhəli sayır.
Səkinə İsmayılova:“ Özümü onun səviyyəsinə endirməyəcəm”
Xalq artist Canəli Əkbərovun Dövlət Televiziyasında keçiriləcək muğam müsabiqəsinin münsiflər heyətində əyləşən – Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov, Səkinə İsmayılova, Mənsum İbrahimov haqqında söylədiyi xoşagəlməz fikirlər ictimaiyyət arasında böyük rezanansa səbəb oldu.














