Gündəm

Vergilər Nazirliyi "Rabitə işi" ilə bağlı mülki iddiadan imtina edib

8 Fevral 2017 12:28

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"18 yaşımda İlhan Mansıza aşiq olmuşdum. Məni məhv etdi"

8 Fevral 2017 12:24

"Survivor 2017" yarışına ilk vida edən aktrisa Seda Demir eyni komandada yer aldığı sabiq futbolçu İlhan Mansız haqqında maraqlı etirafı ilə diqqət çəkib.

Belarus DİN: "Aleksandr Lapşin əlavə müdafiə üçün müraciət etməmişdi"

8 Fevral 2017 12:21

"Belarus Daxili İşlər Nazirliyi Azərbaycana ekstradisiya olunan bloqer Aleksandr Lapşinə əlavə müdafiə verilməsi üçün vəsatət almayıb". Bunu Belarus DİN-in Vətəndaşlıq və miqrasiya departamentinin rəisi Aleksandr Bequn deyib.

“Nazirin xanımı” təqdim olunacaq

8 Fevral 2017 12:18

Fevralın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası nümayiş olunacaq.

Dövlət Əmək Müfəttişliyi Xidməti sosial ödənişlərin verilməsini təmin etdi

8 Fevral 2017 12:16

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində əmək qanunvericiliyinin pozulması, habelə əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması istiqamətində tədbirlərini davam etdirir.

Lapşini Azərbaycanda nə gözləyir?

8 Fevral 2017 12:14

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və dünən ölkəmizə ekstradisiya olunan israil əsilli Belarus vətəndaşı Aleksandr Lapşini hansı cəzanın gözlədiyi müzakirələrə səbəb olub.

Xəstəxana işçisindən 3 günlük körpəyə ağladığına görə VƏHŞİLİK - VİDEO

8 Fevral 2017 12:12

Hindistanın Rurki şəhərindəki Airan Hospitalının işçisi 3 günlük uşağa qarşı vəhşilik edib. 

Prezident İlham Əliyev Fransanın Dövlət katibini qəbul edib

8 Fevral 2017 12:10

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın Baş naziri yanında Dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincen Plasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Lapşin üçün vəkil təyin etdi

8 Fevral 2017 12:08

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və dünən ölkəmizə ekstradisiya olunan israil əsilli bloqer Aleksandr Lapşinin cinayət işi üzrə bəzi məlumatlar bəlli olub.

İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidentini qəbul edib

8 Fevral 2017 12:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario Davidi qəbul edib. 

Bütün lapşinkimilərin aqibəti belə olacaq!

8 Fevral 2017 12:05

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər etmiş, bu qanunsuz səfərlərlə əlaqədar adı Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslərin siyahısı"na daxil edilmiş Aleksandr Lapşin ötən gün Belarusdan Bakıya ekstradisiya olundu.

Cinayətkarlar cavabsız qalmayacaq

8 Fevral 2017 12:02

“Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ölkəmizin beynəlxalq aləmdə qüdrətini və yüksək nüfuzunu göstərir”. Bunu  Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Emin Milli və digərləri ruhunu şeytana satmış adamlardır

8 Fevral 2017 11:56

“Ümumiyyətlə Emin Milli və digərləri ruhunu şeytana satmış adamlardır”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib. Siyasi şərhçinin sözlərinə görə, onlar Azərbaycanlı olub ölkəmizə qarşı fəaliyyəti öz həyat kredosuna çevirmiş şəxslərdir: “Təbiidir ki, bunların əməlləri anti Azərbaycan xarakterlidir. Bu da təsadüfi deyil. Çünki bu adamlar özlərini Azərbaycanda layiqincə realizə edə bilmədiklərinə, layiqli vətəndaş olub bu dövlətə, xalqa xidməti bacarmadıqlarına görə məcburiyyət qarşısında xaricdə bəzi dairələrə qulluq etməyə başlayıblar. Hətta deyərdim ki, bu işə uzun müddət öncə başlayıblar. Təbii ki, indi də həyatda qala bilmək, özlərini ayaqda tuta bilmək üçün bu cür əməllərdən geri çəkilə bilmirlər. Bu adamların qarşısına konkret tapşırıqlar qoyulur və həmin vəzifələri də icra etməyə məcburdurlar. Yəni bu adamlar faktiki olaraq anti Azərbaycan qüvvələrin girovudurlar. Təbiidir ki, belə olan halda onlara verilən tapşırıqları icra etməyə bilməzlər. Ona görə də yeri gəldi-gəlmədi, dəxli oldu-olmadı anti Azərbaycan fəaliyyətlərini nümayiş etdirirlər”.

Gələn ay Astara-Astara dəmir yolu xətti mart ayında istifadəyə veriləcək

8 Fevral 2017 11:53

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə arasında görüş keçirilib.

Cəbhədə erməni silahları susmur

8 Fevral 2017 11:52

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və 122 millimetrlik haubitsalardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.