“Nazirin xanımı” təqdim olunacaq

Fevralın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası nümayiş olunacaq.

Fevralın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş "Nazirin xanımı" tamaşası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən "Olaylar" - a bildirilib ki, tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, rejissor assistentləri əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdu.
Satirik əsərdəki hadisələr partiyadaxili münaqişələrin baş alıb getdiyi ölkəyə yeni baş nazirin təyin olunması ilə başlayır. Əvvəllər kasıb yaşamış nazirin xanımı ərinin yeni vəzifəsindən xoşhallanaraq bütün nazirliyi özü idarə etməyə başlayır. Kimisini işə düzəldib, kimini işdən çıxaran nazir xanımı beləcə özü də bilmədən ərinin işinə əngəl törədir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31