Avropa Komissiyasının binası qarşısında Xocalı aksiyası keçiriləcək
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı fevral ayının 21-26-da Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirəcək.
8 Fevral 2017 13:24 SosialAzərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı fevral ayının 21-26-da Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirəcək. ATXƏM-dən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçiriləcək tədbirlərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayılov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin iştirak edəcəklər. Fevralın 24-də Brüsseldə - Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru olan Avropa Komissiyasının binası önündə baş tutacaq mitinqə Azərbaycan və Türk diaspora təşkilatlarının nümayəndələri, tələbələr və yerli sakinlərin qatılacağı gözlənilir. Qeyd edək ki, fevralın 23-də Brüssel şəhərində Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş anım toplantısı da keçiriləcək.