Səkinə İsmayılova:“ Özümü onun səviyyəsinə endirməyəcəm”
Xalq artist Canəli Əkbərovun Dövlət Televiziyasında keçiriləcək muğam müsabiqəsinin münsiflər heyətində əyləşən – Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov, Səkinə İsmayılova, Mənsum İbrahimov haqqında söylədiyi xoşagəlməz fikirlər ictimaiyyət arasında böyük rezanansa səbəb oldu.
8 Fevral 2017 12:30 MədəniyyətXalq artist Canəli Əkbərovun Dövlət Televiziyasında keçiriləcək muğam müsabiqəsinin münsiflər heyətində əyləşən - Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov, Səkinə İsmayılova, Mənsum İbrahimov haqqında söylədiyi xoşagəlməz fikirlər ictimaiyyət arasında böyük rezanansa səbəb oldu.
"Olaylar - a bu haqda açıqlama verən Xalq artisti Səkinə İsmayılova " Canəli müəllim muğam üzrə gözəl sənətkardı. Söylədiyi fikirlərin hamısı yaşla əlaqədardı və təbii ki, bütün bunlar nağıldı. Özümü onun səviyyəsinə endirməyəcəm. Onun bu fikirlərinə cavab vermək istəmirəm. Bizim hər birimiz xalqımızın qarşısında bu zirvələrə çatmışıq. Sizlər bizləri daha yaxşı tanıyırsınız və kimin necə olduğunu hər kəs yaxşı bilir." - deyə vurğuladı.
Qeyd edək ki, Canəli Əkbərov Səkinə İsmayılovanı "Leyli" obrazına onun hazırladığını deyib.