Kolumbiya prokurorluğu ölkə prezidentinin rüşvət aldığını iddia edir

Kolumbiya prokurorluğu ölkə prezidenti Xuan Manuel Santosu rüşvət almaqda şübhəli sayır. 

Kolumbiya prokurorluğu ölkə prezidenti Xuan Manuel Santosu rüşvət almaqda şübhəli sayır. Onun 2014-cü ildə prezident seçkisi kampaniyasının maliyyələşdirilməsinə Braziliya şirkətlərindən biri 1 milyon dollar vəsait ayırıb. Prokurorluğun məlumatına görə, Kolumbiya Liberallar Partiyasının rəhbərliyinə "Odebrecht" şirkəti tərəfindən ödənilən 4,6 milyard dollar vəsaitin bir hissəsi Xuan Manuel Santosun seçkiqabağı kampaniyasına sərf oluna bilər. Kolumbiya prezidentinin seçkiqabağı kampaniyasının rəhbəri bu ittihamları rədd edib.  Bu barədə APA.az "gazeta.ru"ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31