Güləşçilərimiz 4-cü İslam Həmrəyliyi Oyunlarının səfiri seçilib
Mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlanıb. AGF-dən “OLAYLAR” –a bildirilib ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında yerli idmançı səfirlər siyahısına güləş üzrə yığma komandamızın üzvlərindən Rəsul Çunayev (yunan-Roma güləşi) və Hacı Əliyev (sərbəst güləş) daxil edilib. Bundan başqa Rüstəm Orucov, Elmar Qasımov (hər ikisi cüdo), İlahə Qasımova, Rafael Ağayev (hər ikisi karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev, Fəridə Əzizova (hər ikisi taekvondo), Kamran Şahsuvarlı (boks), Ruslan Abışov (futbol), Leyla Cavadova, Aynur Rzayeva (hər ikisi boks) və Nazim Babayev (atlet) də idmançı səfir seçiliblər. Ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi–2011”in qalibi Mirələm Mirələmov yer alıb.
8 Fevral 2017 13:27 İdmanMayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlanıb. AGF-dən "OLAYLAR" -a bildirilib ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında yerli idmançı səfirlər siyahısına güləş üzrə yığma komandamızın üzvlərindən Rəsul Çunayev (yunan-Roma güləşi) və Hacı Əliyev (sərbəst güləş) daxil edilib. Bundan başqa Rüstəm Orucov, Elmar Qasımov (hər ikisi cüdo), İlahə Qasımova, Rafael Ağayev (hər ikisi karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev, Fəridə Əzizova (hər ikisi taekvondo), Kamran Şahsuvarlı (boks), Ruslan Abışov (futbol), Leyla Cavadova, Aynur Rzayeva (hər ikisi boks) və Nazim Babayev (atlet) də idmançı səfir seçiliblər. Ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və "Muğam müsabiqəsi-2011"in qalibi Mirələm Mirələmov yer alıb.