Ermənistan Belarusun KTMT-dən çıxarılmasını tələb edir

“Ermənistan Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünün dayandırılması ilə bağlı məsələ qaldırmalıdır”. Bunu Ermənistan hakimiyyətdəki Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.

"Ermənistan Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünün dayandırılması ilə bağlı məsələ qaldırmalıdır". Bunu Ermənistan hakimiyyətdəki Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.  "İlk dəfə deyil ki, Belarus Azərbaycanın xeyrinə qərəzli mövqe nümayiş etdirir. Aleksandr Lapşının ekstradisiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiqlik münasibətlərinə ziddir. Biz bu təşkilatda Belarusun üzvlüyünün dayandırılmasına dair məsələ qaldırmalıyıq", - deyə parlament çoxluğunun lideri vurğulayıb.  Bu barədə APA.az  "news.am"a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31