Politoloq: "Lapşinin ekstradisiyası ciddi xəbərdarlıqdır"
“Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması bu addımı atmaq istəyənlərə ciddi xəbərdarlıqdır”. Bunu politoloq İlqar Vəlizadə deyib.
8 Fevral 2017 14:37 Siyasət"Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması bu addımı atmaq istəyənlərə ciddi xəbərdarlıqdır". Bunu politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, Azərbaycan tərəfindən belə kateqrioyalı insanlara qarşı ilk dəfə cinayətin açılması onu göstərdi ki, ölkəmizin hüququ əlaqələri yüksək təsirlərə, eləcə də digər ölkələrin nümayəndələrini cinayətə cəlb etmək gücünə malikdir: "Bu, ölkəmizin beynəlxalq aləmdə qüdrətini ortaya qoymaqla yanaşı, bundan sonrakı proseslərə də təsirsiz ötüşməyəcək".
Azərbaycan tərəfindən atılan addımın post-sovet məkanında ilk olduğunu deyən İ. Vəlizadə qeyd edib ki, bu təcrübədən digərləri- Moldova, Ukrayna, Gürcüstan da istifadə edə bilər: "Bu məsələ təkcə Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı deyil. Ukrayna, Gürcüstan, Moldova da bu addımdan özünə nümunə götürərək, ərazi bütövlüyünə şübhə ilə yanaşanlara qarşı cinayət işi aça bilərlər".
İ. Vəlizadə vurğulayıb ki, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası artıq xarici ölkə vətəndaşları üçün də böyük mesajdır: "Bundan sonra onlar hara və necə səfər edəcəklərini düşünəcək, atdıqları addıma görə cəzalanacaqlarını biləcəklər. Bu məsələnin KİV-lərdə geniş yayılması müsbət haldır. Xüsusilə Ermənistana səfər edənlər buna daha çox diqqət edəcəklər".
"Artıq vəziyyət tamamilə dəyişib. Ermənistanın nüfuzu çox aşağı olmaqla yanaşı, xarici siyasəti bütün sahələrdə uduzmaqdadır. Artıq düşmən ölkə real siyasətinə dəyişiklik etməlidir"- deyə, politoloq əlavə edib.