Ermənistanın uzun müddətdən bəri apardığı siyasət iflasa uğradı

“Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqer Aleksandr Lapşinin Bakıya gətirilməsi Ermənistan və ermənipərəst qüvvələr üçün bir mesajdır”. Bunu deyən"Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovun sözlərinə görə, artıq əcnəbi vətəndaşları bu addımdan ciddi nəticə çıxarmalıdırlar: “Məlumdur ki, bu vaxta qədər ayrı-ayrı şəxslər və qruplar Dağlıq Qarabağa qanunsuz səfərlər ediblər. Bununla da Azərbaycan Respublikasının qanununu, beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri pozaraq icazəsiz olaraq Azərbaycan dəvlətinin ərazisinə daxil olublar.

"Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqer Aleksandr Lapşinin Bakıya gətirilməsi Ermənistan və ermənipərəst qüvvələr üçün bir mesajdır". Bunu deyən"Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovun sözlərinə görə, artıq əcnəbi vətəndaşları bu addımdan ciddi nəticə çıxarmalıdırlar: "Məlumdur ki, bu vaxta qədər ayrı-ayrı şəxslər və qruplar Dağlıq Qarabağa qanunsuz səfərlər ediblər. Bununla da Azərbaycan Respublikasının qanununu, beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri pozaraq icazəsiz olaraq Azərbaycan dəvlətinin ərazisinə daxil olublar. Lapşinin Azərbaycana gətirilməsi ilk örnəkdir və bununla demək istəyir ki, Azərbaycan dövləti bu qanunsuzluğa son qoymağa qadirdir". Onun sözlərinə görə, əslində bu hadisəyə müxtəlif yanaşmalar ola bilər. Əsas məsələlərdən biri ondan ibarətdir ki, uzun illərdən bəri Ermənistan xarici vətəndaşları aldadaraq öz ərazisindən keçməklə Dağlıq Qarabağa səfərlər təşkil edir. Bu insanları Azərbaycanla üzbəüz qoyaraq, Dağlıq Qarabağı tanıtmaq istiqamətində fəaliyyət göstərir. Lapşinin ekstradisiyası ermənilərin uzun müddətdən bəri apardıqları bu siyasətin iflasıdır: "Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, bununla Azərbaycan bir daha göstərdi ki, müstəqil xarici siyasət yürütmək istiqamətində mövqeyi ciddi, sərt və birmənalıdır. O insanlar, qruplar ki, Dağlıq Qarabağı Azərbaycandan aralamaq istəyirlər, onlar nəhayət ki cəzalanacaqlar. Bu iş hələləik Lapşinin timsalında başlanıb, gələcəkdə isə daha geniş miqyasda keçirilə bilər". E.Ələsgərov hesab edir ki, bu addım ümumilikdə dünya üçün bir mesajdır. Çünki dünyada analoji hadisələr çoxdur: "Tək Azərbaycanın yox, başqa dövlətlərin də ərazü bütövlüyü pozulub, onların bərpası üçün beynəlxalq qanunlar çeynənilir. Nəticədə dövlətlərin suveren hüquqları tapdalanaıb. Azərbaycanın bu addımı belə hallara qarşı bir mesajdır". Onun bildirdiyinə görə, Azərbaycanda uğurlu xarici siyasət qurulub. Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu yüksəlib. Artıq Azərbaycan dünyada lazımi səviyyədə tanınır və qəbul olunur: "Bu məsələnin mənəvi tərəfi də var. Belə ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır, bir milyona yaxın qaçqını var. Uzun müddətdir ki, Azərbaycan dövlətinin istəklərinə, ciddi cəhdlə fəaliyyətinə baxmayaraq Dağlıq Qarabağ məsələsi həllini tapmayıb. Dövlət başçısının sərəncamı ilə məcburi köçkünlərin Cocuq Mərcanlıya köçürülməsi üçün hazırlıq işlərinə start verilib. Bu isə o deməkdir ki, məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar. Onlar arxayın ola biləcəklər ki, Azərbaycan ərazisinə qanunsuz giriş mümkün olmayacaq. Deməli, Lapşinin Azərbaycana gətirilməsi onu göstərir ki, bizim azərbaycanlılar həm də mənəvi baxımdan qalib gəliblər. Bu, eyni zamanda dövlətçilik məsələsidir. Lapşinin ekstradisiyası onu göstərir ki, Azərbaycan dövləti çox ciddi dövlətdir. Onunla zor, hədə-qorxu dilində danışmaq düzgün deyil. Odur ki, Azərbaycan cəmiyyəti də bu hadisəni ciddi bir addım kimi qəbul etməlidir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31