Türk axını Azərbaycana təsir edəcəkmi?

Fevralın 7-də Rusiya Prezidenti Vladimir Putin "Türk axını" layihəsini imzalayıb. Bundan öncə Türkiyə tərəfi layihə ilə bağlı hökumətlərarası sazişi təqdiqləmişdi. Bu o deməkdir ki, artıq "Türk axını" layihəsi kağız üzərindən realizə mərhələsinə qədəm qoymağa keçir. Məlumat üçün qeyd edək ki, Türk Axını layihəsinin gerçəkləşdirilməsi məsələsi hələ Türkiyə-Rusiya münasibətləri korlanmadan əvvəl gündəmdə idi. Məlum təyyarə olayına qədər tərəflərin layihənin reallaşması istiqamətində ciddi addımlar atacağı gözlənilirdi. Lakin Rusiya təyyarəsinin Türkiyə səmasında vurulması bu layihəni arxa plana atdı. Sonradan Ankara-Moskva münasibətlərinin normallaşması Türk Axını layihəsini yenidən aktuallaşdırdı. Bəs görəsən Türk axını Azərbaycanın neft və qaz layihələrinə, onun enerji daşıyıcılarının Avropaya ixracına hansı əngəllər yarada bilər?

İlham Şaban: "Türk axını" Azərbaycan qazı üçün hər hansı "təhlükə" mənbəyi ola bilməz"

Azərbaycanın üstünlükləri çoxdur

Fevralın 7-də Rusiya Prezidenti Vladimir Putin "Türk axını" layihəsini imzalayıb. Bundan öncə Türkiyə tərəfi layihə ilə bağlı hökumətlərarası sazişi təqdiqləmişdi. Bu o deməkdir ki, artıq "Türk axını" layihəsi kağız üzərindən realizə mərhələsinə qədəm qoymağa keçir. Məlumat üçün qeyd edək ki, Türk Axını layihəsinin gerçəkləşdirilməsi məsələsi hələ Türkiyə-Rusiya münasibətləri korlanmadan əvvəl gündəmdə idi. Məlum təyyarə olayına qədər tərəflərin layihənin reallaşması istiqamətində ciddi addımlar atacağı gözlənilirdi. Lakin Rusiya təyyarəsinin Türkiyə səmasında vurulması bu layihəni arxa plana atdı. Sonradan Ankara-Moskva münasibətlərinin normallaşması Türk Axını layihəsini yenidən aktuallaşdırdı. Bəs görəsən Türk axını Azərbaycanın neft və qaz layihələrinə, onun enerji daşıyıcılarının Avropaya ixracına hansı əngəllər yarada bilər?

Neft və qaz məsəslələri üqzrə ekspert İlham Şaban deyib ki, layihənin əsas hissəsi Qara dənizin dibi ilə çəkiləcək 2 boru kəmərindən ibarət olacaq ki, onların da hərəsi 910 kilometrdir: "Onların ümumi buraxıcılıq gücü 31,5 milyard kubmetr təşkil edəcək. Hələlik yalnız 15,75 milyard kubmetr qazın Türkiyənin daxili bazarına yönəlməsi ilə bağlı ikitərəfli kommersiya sazişi var. Avropaya Rusiya qazının nəqli ilə bağlı isə vəziyyət dumanlıdır. Çünki kommersiyadan daha çox hazırkı şəraitdə Avropa Komissiyası ilə Rusiya arasındakı siyasi məsələlərin çözülməsinə bağlıdır". İlham Şaban bildirib ki, "Gazprom" şirkəti 2017-ci ildə "Türk axını" layihəsi üçün artıq 700 milyon dollar vəsait ayrılmasını təsdiq edib. Ötən ilin dekabrında "Gazprom" İsveçrənin Allseas Group S. A. şirkəti ilə dəniz hissəsinin inşaası ilə bağlı müqavilə imzaladı. Ümumilikdə isə 2019-cu ilin İV rübündə başa çatmalı olacaq" Ekspertin sözlərinə görə, bu layihənin Türkiyə bazarında hər hansı neqativ təsiri proqnoz etmək yanlışlıq olardı. Ona görə ki, hazırda Rusiya Türkiyə bazarında 26,5-27 milyard kubçetr qaz satır: "Bunun 14 milyard kubmetri Transbalkan boru kəməri ilə Ukrayna və Şərqi Avropa ölkələrindən keçməklə, 12 -12,5 milyard kubçetri isə "Mavi axın" layihəsi ilə türk bazarına daxil olur. "Türk axını" istifadəyə verildikdən sonra 2020-ci ildə Transbalkanla nəql edilən indiki həcmlər onunla axmağa başlayacaq və sonra artaraq 15-15,5 milyard kubmetr cıvarında stabillşəcək. Bir şeyi nəzərə almaq lazımdır ki, nadir hallarda praktikada borulara layihə gücü qədər qaz vurulur. Çünki kompressor stansiyalarının daim gərginlik altında işləməsi arzu olunan deyil. İkinci bir amili də nəzərə almaq gərəkdir ki, Türkiyənin məqsədi öz enerji

bazarını diversifikasiya etməkdir, yəni Rusiya qazının həcmlərini yaxın perspektivdə 28 -30 milyard kubmetrdən çox artırmaq planı yoxdur. Ancaq Türkiyə inkişaf edən bazardır. Bu inkişaf isə enerjiyə tələbat deməkdir. Artan enerjinin tələbatı isə artıq 2018-ci ilin İİ yarısından başlayaraq Azərbaycan qazının əlavə həcmləri hesabına formalaşacaq və 2020-ci ildə bu daha 6 milyard təşkil edəcək". İlham Şabah hesab edir ki, bu baxımdan "Türk axını" Azərbaycan qazı üçün hər hansı "təhlükə" mənbəyi ola bilməz: "Ancaq onun istənilən halda neqativ izləri ola bilər. Bu isə Türkiyə bazarında rəqabət məsələsinin güclənməsi ilə bağlıdır. Rəqabət ola yerdə isə bu özünü qiymət faktorunda əks etdirir. Yəni aydındır ki, Türkiyə əvvəllər Rusiya qazını Transbalkan boru kəməri ilə daha baha alırdı, Türk Axını istifadəyə veriləndən sonra, tranzit ölkələr sıradan çıxacaq və onun əldə edəcəyi qaz daha ucuz başa gələcək. Bu isə ümumilikdə Türkiyə bazarına daxil olan müxtəlif mənbələrdən qaz satıcılarına da təsirsiz ötüşməyəcək. O ki, qaldı Avropa bazarına, burada vəziyyət ruslar üçün hələ dumanlıdır. Azərbaycanın üstünlükləri çoxdur və yeganə məsələ enerji daşıyıcılarının Avropa bazarında qiyməti məsələsidir ki, bu da ümumi bir tendensiyadır. Yəni burada Rusiya bir amil kimi çıxış edir, diqtəedici söz sahibi deyil".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31