Vətənimiz və dövlətimiz hər bir vətandaş üçün böyük nemətdir
Son vaxtlar radikal dini qruplaşmaların Azərbaycanda fəallaşmaq cəhdləri müşahidə edilir. Xüsusilə, hüquq-mühafizə orqanlarının keçirdikləri uğurlu əməliyyatlar nəticəsində bu kimi şəxslərin həbs edilməsi onların xaricdəki dəstəkləyici qüvvələrini hərəkətə keçirib. Bu günlərdə İŞİD sıralarında vuruşduğu iddia edilən azərbaycanlı şəxsin sosial media üzərindən ölkəmizə ünvanladığı təhdid də radikal dini qruplaşmaların Azərbaycanla bağlı müəyyən planlarının olduğundan xəbər verir. Bəs görəsən, Azərbaycana yönəlik bu təhdidlər nə dərəcədə ciddi xarakter daşıyır və belə bir vəziyyətdə ölkənin dini kəsimi hansı mövqedən çıxış etməlidir. Bu və ya digər suallarla İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı ilə söhbətləşdik.
8 Fevral 2017 14:56 MüsahibəSon vaxtlar radikal dini qruplaşmaların Azərbaycanda fəallaşmaq cəhdləri müşahidə edilir. Xüsusilə, hüquq-mühafizə orqanlarının keçirdikləri uğurlu əməliyyatlar nəticəsində bu kimi şəxslərin həbs edilməsi onların xaricdəki dəstəkləyici qüvvələrini hərəkətə keçirib. Bu günlərdə İŞİD sıralarında vuruşduğu iddia edilən azərbaycanlı şəxsin sosial media üzərindən ölkəmizə ünvanladığı təhdid də radikal dini qruplaşmaların Azərbaycanla bağlı müəyyən planlarının olduğundan xəbər verir. Bəs görəsən, Azərbaycana yönəlik bu təhdidlər nə dərəcədə ciddi xarakter daşıyır və belə bir vəziyyətdə ölkənin dini kəsimi hansı mövqedən çıxış etməlidir. Bu və ya digər suallarla İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı ilə söhbətləşdik.
-Tahir bəy, bu günlərdə sosial şəbəkədə Suriyada İŞİD tərəfdə vuruşan bir azərbaycanlının müraciəti yayılıb və həmin şəxs Azərbaycanda ciddi terraktların həyata keçiriləcəyi xəbərdarlığı edir. Sizcə, bu müraciət öz-özlüyündə Azərbaycanın da İŞİD-in hədəfinə çevrildiyindən xəbər vermirmi?
-Düşünürəm ki, indiki məqamda İŞİD-ın missyası tam başqa, Suriyadan Ukraynaya keçid istiqamətdədir. Əsas hədəf Rusiya ilə müharibəyə hazırlıq üçün Ukraynaya çıxış kolidorunu açmaqdır. Yol üstü Türkiyədəki terraktlar da bu siyasi calarların tərkib hesabındandır. Lakin Azərbaycan üçün bu cür hədələr qrup və ya dəstə maraqlarından o tərəfə keçmir. Bunu müraciətdən hiss də etmək olur. Hədəfləri kiçik olanların, maraqları da kiçik olar. Dünya elm və texnikanın inkişafından çox kiçilib. Suriyada, ya Türkiyədə atılan mərmi, ya partladılan mina televiziya və internet vasitəsi ilə hamının evində səslənir və qorxu yarada bilir deyə, belə gedişlər kimlərinsə maddi, ictimai və siyasi maraqlarındadır.
-İŞİD-in müraciətdə qeyd edildiyi kimi burada qanlı terror aktları törətməsi mümkündürmü və burada onların ciddi sosial bazası varmı?
-Qətiyyətlə demək olar ki, onların ölkəmizdə belə bazaları yoxdir. Çünki 5 min illik tarixi olan adət və ənənələrimizdən doğan milli mənəvi dəyərlərimiz buna imkan verməz. Zənnimcə belə bazaları olsaydı həbsxanada olanların azadlığa buraxılmasını təkid və israrla tələb etməzdilər. Əslində bu cür yanlış müraciət və ya hədələrdən sui istifadə edənlərdən ehtiyatlı olmalıyıq. Dinc əhalinin nahaqdan qanlarının tökülməsinə, qarşıdurmalar yaranmasına və düşmənçilik ocağına od qoyulmasının qarşısıNIN alınması önəmlidir. Hamılıqla belə bir şərait yaradılmasının qarşısının alınmasında fəal olmalıyıq. İnsafən hökumətin səy və zəhmətlərini itirmək olmaz. Əminlikdə yaşamağımız üçün əllərindən gələni edirlər.
-Müraciətdə diqqət çəkən bir məqam da ondan obarətdir ki, həmin şəxs şiələri heç də müsəlman hesab etmir və bir növ onları aşağılayır. Bunun özü ölkədə dini zəmində qarşıdurma yaratmağa hesablanmış cəhd sayıla bilərmi?
-Müraciətdə sanki, hədəf şiyələri vurmaqdır. Allah yaxşı bilir müsəlman kimdir. Dində olan şəxs belə haqsız və düşmən mövqedə ola bilməz. Din bizə həlimliyi, rəhmətli olmağı, insanlığı öyrədir. Allah dinini və nümunələrini (qəhrəmanlarını) Peyğəmbər (s) və onun Əhli-beytini tanıtdırıb. Onlar da üzləşdiyi hadisələrdə həıtta kafirlərə belə düşmən olmayıblar. Müsəlmanların hidayət olmalarından ötəri, ixtilafların olmaması üçün mallarından, canlarından, balalarından və əzizlərindən keçiblər. Quranda Hucarat surəsi, ayə 13-də Allah buyurub"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır".
İŞİD-çi elə düzgün adamdırsa adını, soyadını, nəslini-kökünü və yaşayış məntəqəsini deyib, müraciət edəydi. Namus məsələsini bəhanə edib, özlərini "xilaskar qəhraman" kimi təqdim etməkləri çox primitiv və gülüncdür. Belə təxribat xarakterlı gərginlik cəhdləri zaman zaman olub və yəqin ki, olacaq. Xristian dininin "vəhhabi" qolu kimi tanınan ermənilərin yaxın zamanda millətimizə və dövlətimizə arxadan vurduqları xəncərin yarası sağalmamış, İŞİD xəncəri də mümkündür. Məhz belə olaylar əsas verir ki, təhlükə vardır və hər şey gözləmək olar. Allaha şükür ki, dovlətimiz var və dəhşətli gərginlik yaşamağımıza imkan verməz.
-Sizcə, bu müraciət ciddiyə alınmalı və hüquq-mühafizə orqanları qəti hərəkətə keçməlidirmi, yoxsa sıradan, psixi problemi olan birisinin müraciətidir?
-İnsanlar daimə həyat və fəaliyyətlərində hədəfə çatmaları üçün iki şeyə riayyət etməlidir. Qarşılaşdıqları maneələrdə hadisələrə ciddi yanaşmalı və düşüncə və əməllərini müqəddəsləşdirməlidirlər . Şeytan yatmayıb, daim ayıqdır və çox hiyləgər və gücü psixoloqdur. Allahın varlığına inandığımız kimi, şeytanın da varlığına inanmalıyıq. Şeytanın gizli düşmənə çevrilmiş ordusu da var. Ona görə hətta belə müraciətlər olmasa belə təxribatlara rəvac verə bilmərik və bir daha təkrar edirəm, hamılıqla rüsvayçı hadisələrə yol verməmək üçün ayıq-sayıq olmalıyıq.
-Ümumiyyətlə, hazırda Azərbaycan radikal dini qruplaşmaların maraq dairəsində olan ölkədirmi və onların ölkəmizlə bağlı hansısa planları varmı?
-Hazırda İŞİD dünyanın hamısı ilə müharibə etmək iqtidarında deyil və mümnkünsüzdü. Azərbaycan və digər kiçik müstəqil dövlətlər isə onlar üçün ancaq iqtisadi maraqlarına uyğun gələ bilər. Məhz belə xidmət üçün müraciətlərdən istifadə etməyə cəhd edirlər. Onu da qeyd etmək yerinə düşər ki, Güc ölkələrində də hər ölkənini, bölgənin, millətin dini, siyasi,hərbi və iqtisadi durumunu və hətta tayfaların xarakter və xüsusiyyətlərini öyrənən institutlar var. Zaman -zaman bu institutlar gərginik yaratmaq üçün hesabatlar verirlər. Belə böyük oyunlardan çıxması üçün hər ölkədə iğtişaşların qarşısı alınması üçün alternativ institutlar olmalıdır. Sünnü və şiyə arasında ixtilaflar din alimlərinin ciddi səyləri nəticəsində aradan qalxıb. Millətlər arasında elə ciddi ixtilaflar olmayıb, çünki, dövlətimiz və dövlətimizi sevən böyük insanlar rəvac verməyib...
-Konkret olaraq belə bir vəziyyətdə sağlam dini inanclı insanlar, ölkənin dini kəsimi hansı addımı atmalıdır?
-Bilirsiniz, bizlərin hər birimiz, xüsusən belə həssas zamanlarda hamılıqla Allah qarşısında imtahandayıq. İstər iqtidar olsun, istərsə də müxalifət olsun, İstər varlı olsun istərsə də kasıb, istər zəif olsun və istərsə də güclü olsun, hər kəs özünü Allahın ımtahanında bilməlidir. Allaha iman gətirənlər heç vaxt xalqına və dövlətinə xainlik etməz və etməməlidir. Bu nöqteyi nəzərdən gəlin dindarları cəmiyyətdən ayırmayaq və bu cür münasibətlər yanlışdır və əslində düşmənlərə mövzu verir. Gəlin birlikdə dövlətimizin varlığı üçün var qüvvəmizlə çalışaq. Vətənimiz və dövlətimiz hər bir vətandaş üçün böyük nemətdir. Hər bir vətandaşın böyüyüb, oxuyub, böyük şəxsiyyə olub, arzu və niyyətlərini həyata keçirməsi üçün vətəni, dövləti və milli mənəvi dəyərləri olmalıdır. Ölkə vətandaşlarının İslam və ya qeyri islam dinində olmaq haqlarıdı. Hamılıqla dövlətçiliyimizi,milli mənəvi dəyərlərimizi qorumaq üçün Allaha xatir türmədə yatsaq belə xoş olmalıdır. Hətta bu yolda malımızdan və canımızdan keçməyə razı olmalıyıq. Hamımız bacardığıımız qədar yaxşı nümünələrdən dərs almalıyıq. Pisliklrədən uzaq olmalıyıq. Özfəaliyyətdən qaçmalıyıq. Dövlətimiz hamının güvən yerimiz, səadətə xoşbəxtliyə çatmaq üçün imtahan yerimizdir. İnsanlar həyatlarını abad etmək üçün belə fürsəti əldən verməməklə gələcəklərini təmin edən dövlətinə sahib durmaq üçün hər şeyindən keçməyə hazır olmalıdırlar. Hesab edirəm ki, bu cür hədəf tərkibli müraciətlər ölkəmizdə ayaq açıb yeriməz. İnşəAllah vətəndaşlarımız özlərində təpər tapıb, ayıq və sayıq olub, mümkün olan birliyini sübut edib və böyük imtahandan üzü ağ çıxacaq.
Füzuli