Millət vəkili tələbə gənclərlə görüşəcək
Fevralın 25-də Bakı şəhərində təhsil alan və yaşayan ucarlı tələbələr və gənclərlə görüş keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə., bu məlumatı millət vəkili Vüsal Hüseynov verib. Bildirib ki, görüşdə məqsəd gənclərlə tanış olmaq, onları daha yaxından tanımaqdır: “Məqsəd son görüşdən keçən müddət ərzində yenilikləri paylaşmaq, dəstək olmaq, mütəmadi ünsiyyət qurmaq və mümkün birgə işlər və layihələri müzakirə etməkdir.
8 Fevral 2017 15:34 SosialFevralın 25-də Bakı şəhərində təhsil alan və yaşayan ucarlı tələbələr və gənclərlə görüş keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə., bu məlumatı millət vəkili Vüsal Hüseynov verib. Bildirib ki, görüşdə məqsəd gənclərlə tanış olmaq, onları daha yaxından tanımaqdır: "Məqsəd son görüşdən keçən müddət ərzində yenilikləri paylaşmaq, dəstək olmaq, mütəmadi ünsiyyət qurmaq və mümkün birgə işlər və layihələri müzakirə etməkdir. Ucar rayonu ilə bağlı hazırladığımız yeni internet səhifənin ilkin versiyası ilə bağlı fikir mübadiləsi etməyi də nəzərdə tuturuq. Görüşdə həmçinin son görüşdə də bizimlə olan peşəkar təlimçi Sənan Nəcəfov iştirak edəcək və fərdi inkişaf, özünü təqdimetmə, ünsiyyət qurma bacarıqları mövzusunda maraqlı olmasına əmin olduğum "master klass" keçəcək".