“Con Vik 2” mətbuat üçün nümayiş edildi
Park Cinema Flame Towers-də ən çox gözlənilən film olan “Con Vik-2”-nin mətbuat nümayəndələri üçün xüsusi nümayişi olundu. Filmdə baş rolu canlandıran Kianu Rivz öz obrazı haqqında “Böyük məmnuniyyətlə yenidən kostyum geyinib və Con Vikin sevimli məşğuliyyətlərinə qayıtdım. Dava, ehtiras və azadlıq uğrunda mübarizə aparan gənclər” – bu sözləri deyib.
8 Fevral 2017 15:06 MədəniyyətPark Cinema Flame Towers-də ən çox gözlənilən film olan "Con Vik-2"-nin mətbuat nümayəndələri üçün xüsusi nümayişi olundu. Filmdə baş rolu canlandıran Kianu Rivz öz obrazı haqqında "Böyük məmnuniyyətlə yenidən kostyum geyinib və Con Vikin sevimli məşğuliyyətlərinə qayıtdım. Dava, ehtiras və azadlıq uğrunda mübarizə aparan gənclər" - bu sözləri deyib.
Con Vik vaxtı ilə dünyanın ən yaxşı killeri idi, lakin o sonsuz ölümlərdən usanır və mənəvi rahatlıq axtarışına çıxır. Con işlərindən uzaqlaşır, lakin normal insan həyatından təzəcə həzz alırdı ki, yenidən silahlara üz tutmalı olur. Məsələ burasındadır ki, onun keçmiş həmkarı muzdlu qatilərdən ibarət məxfi qruplaşmaya başçılıq edir və Conun vaxtı ilə verdiyi and onu həmkarının köməyinə yetişməyə vadar edir. Vik dünyanın ən qəddar qatillərindən biri ilə mübarizəyə girməli olacağı Romaya yollanır.
Qeyd edək ki, tamaşaçılar 9 fevral tarixindən etibarən "Con Vik-2" filmini Park Cinemanın ekranlarından izləyə biləcəklər. Park Cinemalar qrupu Film Distribution International və Central Partnership şirkətlərinə filmin nümayişini təşkil etdiklərinə görə təşəkkür edir.