Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır
Azərbaycanın əldə etdiyi diplomatik uğurlara hər ötən gün daha biri əlavə olunur. Ermənistanı hərbi sahədə məğlub duruma salan Azərbaycan paralel olaraq düşmən ölkə üzərində diplomatik qalibiyyəti də təmin edir. Bu günlərdə şəhidimiz Çingiz Qurbanovun nəşinin Ermənistanın bütün beynəlxalq hüquq və normalara, qeyri-insan keyfiyyətlər nümayiş etdirməsinə baxmayaraq geri alınması bunun bariz nümunəsidir. Ötən gün isə Azərbaycan Ermənistan üzərində daha bir diplomatik uğur əldə etdi desək yanılmarıq. Belə ki, uzun müddət mübahisə predmeti olan, həm Moskva və İrəvanın maraqlarına zidd sayılan bir proses də Azərbaycanın xeyrinə yekunlaşdı. Belə ki, Azərbaycanın ərazi bütövlüyünü pozaraq separatçı Dağlıq Qarabağ rejiminə səfər edərək onların təbliğ edən Aleksandr Lapşin Azərbaycana tərəfinə təhvil verildi. Lapşinin Azərbaycana təhvil verilməsi birmənalı olaraq ölkəmizin Ermənistan üzərindəki diplomatik uğuru kimi xarakterizə edilir.
8 Fevral 2017 14:58 SiyasətArzu Nağıyev: "Bu, ermənilərə və onların inhisarında olan, onlar tərəfindən maliyyələşən müxtəlif siyasətçilər və digər şəxslər üçün də bir dərs olmalıdır"
Azərbaycanın əldə etdiyi diplomatik uğurlara hər ötən gün daha biri əlavə olunur. Ermənistanı hərbi sahədə məğlub duruma salan Azərbaycan paralel olaraq düşmən ölkə üzərində diplomatik qalibiyyəti də təmin edir. Bu günlərdə şəhidimiz Çingiz Qurbanovun nəşinin Ermənistanın bütün beynəlxalq hüquq və normalara, qeyri-insan keyfiyyətlər nümayiş etdirməsinə baxmayaraq geri alınması bunun bariz nümunəsidir. Ötən gün isə Azərbaycan Ermənistan üzərində daha bir diplomatik uğur əldə etdi desək yanılmarıq. Belə ki, uzun müddət mübahisə predmeti olan, həm Moskva və İrəvanın maraqlarına zidd sayılan bir proses də Azərbaycanın xeyrinə yekunlaşdı. Belə ki, Azərbaycanın ərazi bütövlüyünü pozaraq separatçı Dağlıq Qarabağ rejiminə səfər edərək onların təbliğ edən Aleksandr Lapşin Azərbaycana tərəfinə təhvil verildi. Lapşinin Azərbaycana təhvil verilməsi birmənalı olaraq ölkəmizin Ermənistan üzərindəki diplomatik uğuru kimi xarakterizə edilir. Elə siyasi ekspert Arzu Nağıyev də bu qənaətdədir. O, bildirib ki, Aleksandr dəfələrlə Azərbaycanın ərazi bütvlüyünə hörmətsilzik nümayiş etdirərək işğal altında olan Azərbaycan ərazilərinə səfər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub: ""Aleksandr Lapşinin dəfələrlə Azərbaycanın ərazi bütövülyünə qarşı etdiyi qanunsuzluqlara görə Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib. Belarus dövləti də A. Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Məlumat üçün deyim ki, Lapşin 2011-ci ilin aprel ayında, eləcə də 2012-ci ilin oktyabr ayında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edib". Arzu Nağıyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü Lapşinin təmsil etdiyi və ya vətəndaşı olduğu dövlətlər tərəfindən, o cümlədən BMT tərəfindən tanınırsa, Lapşinin bu hərəkətləri cəzasız qalmamalı idi: "Lapşin və onun havadarları düşünürdü ki, İsrail, Ukrayna və Rusiya vətəndaşı olamaq ona yardım edəcək. Xeyr bu belə deyil. Ekstradisiya haqqında bütün beynəlxalq konvensiya və qanunlara görə, iki halda həmin şəxs verilməyə bilər. Birinci hal ölüm hokmü olduğu halda, ikinci hal isə siyasi motivlərə görə. Ermənilər və onların havadarları da buna çox çalışdılar ki, məsələni siyasiləşdirsinlər, Ancaq baş tutmadı. Hətta sonda artıq ekstradisiya baş tutduqdan sonra Azərbaycanın dövlət kimi qələbəsini də həzm etməli oldular. Düşünürəm ki, burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır, bu, ermənilərə və onların inhisarında olan, onlar tərəfindən maliyyələşən müxtəlif siyasətçilər və digər şəxslər üçün də bir dərs olmalıdır".
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizi qanunsuz səfər etmiş Aleksandr Lapşinin ölkəmizə ekstradisya
edilməsi Aərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir: "Lapşin məsələsi ötən ilin aprel hadisələri kimi tariximizə yazılacaq bir məsələdir. Bu eyni zamanda Ermənistatna növbəti ciddi xəbərdarlıqdır. Nə zamansa Azərbaycanın dinc əhalisnə qarşı hərbi cinayətlər törətmiş erməni cinayətkarları da əllləri qandallı məhkəməmiz qarşısında duracaqlar".
Millət vəkili Sahib Alıyev qeyd edib ki, Aleksandr Lapşinin Azərbaycana gətirilməsi dövlətimizin gücünün və dost Belarusun, özəlliklə də onun Prezidenti cənab Lukaşenkonun sözübütövlüyünün göstəricisidir: "Belarus Prezidenti çətin günlərində Azərbyacanın ölkəsinə kredit verməsi faktını dəfələrlə vurğulayaraq bunu heç vaxt unutmayacaqlarını bildirmişdi. Necə demişdi elə də davranır. Və onu da xatırladaq ki, Azərbyacan Prezidenti cənab İlham Əliyev o zaman Belarusa kredit ayırılması haqda sərəncam verəndə də bu addım, Lapşinin ölkəmizə gətirilməsini isətəməyən bəzi çevrələri qıcıqlandırmışdı".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası uğurumuzdur: "Həm Azərbaycan hakimiyyəti, həm də ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenko prinsipiallıq nümayiş etdirdilər. Belarus prezidentinə xüsusi təşəkkür düşür, sağ olsun", Politoloq deyib ki, Belarus prezidenti Azərbaycanın maraqlarını Rusiya və Ermənistanın müxtəlif istiqamətlərindən yönələn təzyiqlərinə qurban vermədi: "Aydındır ki, bundan sonra rəsmi Bakıya təzyiqlər artacaq. Ancaq vacibdir ki, hakimiyyət bu təzyiqlərə baş əyməsin, Lapşinin məhkəməsini keçirsin və o cəzasının önəmli hissəsini həbsxanamızda keçirsin. Qoy bu Azərbaycan qanunlarını pozan başqa xarici vətəndaşlara da dərs olsun. Dağlıq Qarabağda iki azərbaycanlı girovun geri qaytarılması üçün müraciət etmədiyimiz ünvan (Rusiya, ATƏT, Beynəlxalq Qırmızı Xaç Təşkilatı və s.) qalmadı, ancaq İrəvan geri addım atmır, Moskva isə bu həyasızlığa görə vassalına güldən ağır söz demir. Belə isə biz niyə Moskvanın istəyi ilə Lapşini vaxtından əvvəl həbsdən azad etməliyik? Yox əgər Rusiya Lapşini Dağlıq Qarabağda saxlanılan iki girovumuza dəyişmək istəyərsə, bu başqa məsələ. Ancaq bu olmadan Lapşin Dağlıq Qarabağdakı girovlarımız kimi həbsxanada yatmalıdır. Şübhə etmirəm ki, Rusiya Azərbaycan hakimiyyətindəki "5-ci kolonunu" da hərəkətə gətirməyə çalışacaq"
Süleyman