Qarabağ münaqişəsi, artıq Rusiyanın tam inhisarına verilib

“Bundan əvvəl beynəlxalq təşkilatların, ABŞ və Avropanın diqqət etdiyi Dağlıq Qarabağ münaqişəsi, artıq Rusiyanın tam inhisarına verilib. Artıq, böyük dövlətlər və qrumlar, problemin açarını Rusiyada görürlər”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

"Bundan əvvəl beynəlxalq təşkilatların, ABŞ və Avropanın diqqət etdiyi Dağlıq Qarabağ münaqişəsi, artıq Rusiyanın tam inhisarına verilib. Artıq, böyük dövlətlər və qrumlar, problemin açarını Rusiyada görürlər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, ATƏT-in Avstriyadan olan sədrinin açıqlaması da buna bariz nümunədir: "Qeyd edim ki, Rusiyanın rolu artdıqca, Minsk qrupunda ABŞ və Fransanın vasitəçilik missiyası fiaskoya uğrayır. Bu dövlətlər də, Rusiyanın mövqeyini dəstəkləyir. Beynəlxalq təşkilatların və ABŞ-ın bu problemin həllini Rusiyaya ötürmələri, münaqişənin uzanmasına və yeni konflikt ocaqlarının yaranmasına səbəb olur. Artıq, Rusiya hesab edir ki, münaqişə dondurulsun və bu yolla Azərbaycana təzyiq rıçaqları əldə etsin". Politoloq hesab edir ki, Rusiyanın bu planı regionun təhlükəsizliyi üçün təhdiddir: "Ötən ilin Aprel müharibəsindən sonra, Rusiya çalışır ki, danışıqlar aparılmasın. Hesab edirəm , dalana dirənmiş Qarabağ problemini yalnız Ermənistana hərbi güc tətbiq etməklə, bu vəziyyətdən çıxartmaq olar. Çünki, sülh ümidləri və kompromislər artıq tükənib. Biz Qarabağda öz torpaqlarımızın qaytarılması uğrunda müharibəni davam etdirsək, Rusiyanın təsiri və təzyiqi sonda yetərsiz olacaq. Çünki, Azərbaycan birinci Qarabağ müharibəsində bu qədər hərbi cəhətdən güclü və dəstəkçisi yox idi. Həmin vaxt Rusiya təzyiq edirdi. Hazırda isə, Rusiya məcbur qalıb, reallıqla barışa bilər. Təbii ki, müharibə region üçün fəlakətdi. Amma, torpaqların geri alınmasında başqa çıxış yolu yoxdur. Rusiya öz nüfuzu uğrunda Suriyada və Ukraynada döyüşür. Biz öz haqqımız uğrunda niyə döyüşməməliyik?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31