Gündəm
İki uşağını boğaraq öldürən ana: "Mən onların yaxşılığını istəyirdim"
Türkiyənin Bağcılar bölgəsində 4 aylıq qızını və 5 yaşlı oğlunu boğaraq öldürdüyü iddia edilən və həbs olunan H.T. polis bölməsində "Yaşıl adam mənə uşaqlarını öldürsən, onlar üçün ən yaxşısı olar", dedi'' sözlərini işlədib.
Bu il Ermənistanın xarici borcu artacaq
Ermənistanın xarici borcu ötən il 5 milyard 900 milyon dollar təşkil edib. Bunu ölkənin maliyyə naziri Vardan Aramyan bildirib. Onun sözlərinə görə, 2017-ci ildə xarici borc 6 milyard 250 milyon dollara çatacaq.
"Xarici KİV-lərin Cocuq Mərcanlıya getməsi Ermənistana bir mesajdır"
“Xarici KİV-lərin Cocuq Mərcanlı kəndinə səfər etməsi çox yaxşı təşəbbüsdür. Xarici jurnalistlər bununla da oradakı reallıqları öz gözləri ilə görmək imkanı qazandılar”. Bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
“Xəzərdə Eşqin Səsi”
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Emre İnstitutu tərəfindən 14 Fevral 2017-ci il, saat 19:00-da Nizami Kino Mərkəzində Türk və Azərbaycan dillərində şeirlərin professional teatr sənətçiləri tərəfindən səsləndiriləcəyi, Savalan Musiqi Qrupu və Müğənni Lalə Məmmədovanın da səhnə alacağı "Xəzərdə Eşqin Səsi" adlı 2-ci Türk Şeir Gecəsi keçiriləcək. Bakı Yunus Emre İnstitutundan “Olaylar” – a verilən məlumata əsasən, gecədə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özoral, Millətvəkilləri, şairlər və aktyorlar iştirak edəcəklər.
Londonda Beynəlxalq Dəniz Təşkilatının növbəti sessiyası keçirilib
Böyük Britaniyanın paytaxtı Londonda Beynəlxalq Dəniz Təşkilatının Baş Qərargahında, İnsan amili, təlim və növbəçəkməyə dair Alt – Komitənin 4 – cü sessiyası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Dövlət Dəniz Administrasiyasının əməkdaşları Vüsal Mustafayev və Nuri Nuriyevin iştirak etdiyi iclasda, dəniz qəzalarının araşdırılmasından əldə edilən biliklərin dənizçilərin hazırlığının yaxşılaşdırılmasına tətbiq edilməsi yolları müzakirə olunub.
Rüfət Quliyev seçicilərlə görüşüb
73 saylı Lənkəran şəhər seçki dairəsindən millət vəkili Rüfət Quliyev seçicilərlə növbəti görüşünü keçirib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə Rüfət Quliyev ilk növbədə ölkədəki ictimai-siyasi vəziyyətdən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət kursunun uğurlarından bəhs edib. O, yanvar ayının 10-da möhtərəm Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin social iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı və yanvarın 30-da “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan və deputatın özünün də iştirak etdiyi konfransdakı nitqlərindən irəli gələn vəzifələr barədə ətraflı məlumat verib. Sonra qəbula gələn seçicilərin problemləri dinlənilib. Bir sıra təxirəsalınmaz məsələlər yerindəcə həll olunub, həlli vaxt tələb edənlər isə nəzarətə götürülüb.
Azərbaycanda bir ildə 1677,1 min kvadrat metr olan yeni yaşayış evi tikilib
2016-cı ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1677,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir.
Torpağın istifadəsi ilə bağlı 4900 qanun pozuntusu aşkar edilib
Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan səmərəli istifadə ilə bağlı Bakı şəhəri və regionlarda aktiv monitorinqlərin və reydlərin keçirilməsini davam etdirir. Komitədən “Olaylar”a verilən məlumata görə, indiyədək komitənin torpaq müfəttişləri tərəfindən aparılan monitorinqlər nəticəsində 4900-ə yaxın, 2016-cı il ərzində isə 1300-ə yaxın torpaq istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Operativ qaydada yerlərdə qanunvericiliyin tələblərinə əsasən tədbirlər görülmüş və pozuntu hallarının qarşısı alınmışdır.
Lapşinin Azərbaycana ekstradisiyası zamanı hüquq pozuntusuna yol verilməyib
Azərbaycan Respublikasının dövlət sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirən və bir neçə dövlətin vətəndaşı olan bloqer Aleksandr Lapşinin Azərbaycana gətirilməsində istər milli qanunvericiliyin, istərsə də beynəlxalq konvensiyaların tələblərinə əməl olunub.
Səməd Seyidov: "Lapşinin ekstradisiyası beynəlxalq hüquqa əsasən həyata keçirilib"
Aleksandr Lapşin Beynəlxalq Cinayət Polisi İdarəsi (İnterpol) tərəfindən Belarus ərazisində saxlanılıb və məlumdur ki, İnterpol hər zaman beynəlxalq səviyyədə tanınan qanun pozucularının axtarışı ilə məşğul olur.
Astana görüşü Suriya böhranında dönüş nöqtəsidirmi?
Qazaxıstanın paytaxtı Astana şəhərində Rusiya, Türkiyə və İran nümayəndələrinin Suriya böhranının həlli ilə bağlı apardıqları müzakirələrə dünya KİV-i ciddi maraq göstərib. Müxtəlif aspektlərdən edilən təhlillər təsdiq edir ki, bu görüş Cenevrə müzakirələrindən fərqli olaraq, daha konkret məqamlarla əlaqəlidir. Yekunda qəbul edilən bəyannamədə bir neçə bənd üzrə ortaq mövqe ifadə olunub. Ekspertlər belə bir sənədin qəbulunu ümumiyyətlə müsbət hal adlandırırlar. Tərəflər bütövlükdə Suriya məsələsini sülh yolu ilə həll etməkdə eyni mövqedə olduqlarını təsdiqləyiblər. Ancaq Rusiya-Türkiyə-İran "üçlüyü"nün əldə etdiyi razılıqlara Suriyadakı qüvvələrin nə dərəcədə əməl edəcəkləri tam aydın deyil. Çünki hətta rəsmi Dəməşqə belə Kreml atəşkəslə bağlı xəbərdarlıq edir, reallıqda isə B.Əsəd ordusu intensiv surətdə bu rejimi pozur. Eyni fikri bir sıra müxalif qruplara və kənar təsirlər altında olan silahlılara da aid etmək olar. Belə mürəkkəb şəraitdə Suriyadakı münaqişənin taleyi necə ola bilər? Müharibəni dayandırmaq mümkündürmü?
"Barselona" apellyasiya şikayəti edəcək
"Barselona" rəhbərliyi İspaniya Kubokunun yarımfinalında "Atletiko Madrid"ə qarşı cavab görüşündəLuis Suarezin meydandan qovulması ilə razılaşmır.
Erməni ordusu itki verdi: ölən və yaralanan var
Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində düşmən ordusunun daha bir əsgəri ölüb. 1979-ci il təvəllüdlü Qeham Henrixoviç Manukyantərəflər arasında baş verən atışma zamanı həyatını itirib.
Bəzi qüvvələr “Lapşin məsələsini” siyasiləşdirmək istəyir
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş, Belarusda saxlanılan bloqer Aleksandr Lapşinin Bakıya gətirilməsi ermənipərəst qüvvələrin ciddi narahatçılığına səbəb olub. Artıq reallaşan ekstradisiya prosesindən əndişlənən ermənilər baş vermiş hadisədən Azərbaycanın əlehinə istifadə etmək məqsədilə hücuma keçiblər.
Qış məktəbinə hazırlıq işləri yekunlaşıb
13-20 fevral 2017-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” devizi altında Bakı şəhəri və Şəki, Oğuz, Qəbələ, Qax rayonlarında IV Beynəlxalq Multikulturalizm qış məktəbi təşkil edəcək. Bununla bağlı bugünlərdə BBMM-də növbəti qış məktəbinə hazırlıq işləri ilə bağlı yekun müzakirə iclası keçirilib.














